“Arbitraj haqqında”
Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli
1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunlarında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2024-cü il 29 noyabr tarixli 77-VIIQD nömrəli Qanununun
icrası ilə əlaqədar Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik
edilməsi haqqında
¹ 228
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu
maddəsinin səkkizinci abzasını rəhbər tutaraq,
“Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü
il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2024-cü il 29 noyabr tarixli 77-VIIQD nömrəli Qanununun
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 19 iyun tarixli 105 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 6, maddə 470
(Cild I) ilə təsdiq edilmiş “İcra xidməti icra məmurlarının
xüsusi Fondu haqqında Əsasnamə”nin II hissəsinin 1-ci
bəndində “məhkəmələrinin, beynəlxalq
arbitrajların və münsiflər məhkəmələrinin,
xarici dövlətlərin məhkəmələrinin və
arbitrajlarının” sözləri “və xarici dövlətlərin
məhkəmələrinin” sözləri ilə əvəz
edilsin və həmin bəndə “işlər üzrə qərarlarının”
sözlərindən sonra “, xarici və yerli arbitraj məhkəmələrinin
qərarlarının” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 6 sentyabr tarixli 143 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 9, maddə 573
(Cild I) ilə təsdiq edilmiş “Üzərinə həbs
qoyulmuş əmlakın saxlanması Qaydası və şərtləri”nin
preambulasında “məhkəmələrinin, beynəlxalq
arbitrajların və münsiflər məhkəmələrinin,
xarici dövlətlərin məhkəmələrinin və
arbitrajlarının” sözləri “və xarici dövlətlərin
məhkəmələrinin” sözləri ilə əvəz
edilsin və həmin preambulaya “işlər üzrə qərarlarının”
sözlərindən sonra “, xarici və yerli arbitraj məhkəmələrinin
qərarlarının” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 10, maddə 2155
(Cild I); 2024, ¹ 1, maddə 84, ¹ 2, maddələr 209, 229, ¹ 3, maddələr
307, 359, ¹ 6 (II kitab), maddə 739, ¹ 7, maddələr 920, 930, ¹
9, maddələr 1067, 1099, 1106, ¹ 10, maddə 1167, ¹ 12 (II kitab),
maddə 1428; 2025, ¹ 2, maddə 187, ¹ 6, maddə 594; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2025-ci il 8 iyul tarixli 202
nömrəli, 15 iyul tarixli 210 və 212 nömrəli qərarları)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
büdcə gəlirlərinin təsnifatı”nda
aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.4.2.2.1.2-ci yarımbəndə “ərizənin”
sözündən sonra “və arbitraja münasibətdə
yardım funksiyalarının yerinə yetirilməsi ilə
bağlı ərizənin” sözləri əlavə edilsin;
3.2. 1.4.2.2.1.3-cü yarımbəndə
üçüncü halda “ərizənin” sözündən
sonra “, o cümlədən müvəqqəti təminat tədbirlərinin
tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının
tanınması və icrası ilə bağlı ərizənin,
yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi
icrasının təmin edilməsi ilə bağlı ərizənin
və xarici arbitraj məhkəmələrinin qərarlarının
tanınması və icrası ilə bağlı ərizənin”
sözləri əlavə edilsin;
3.3. 1.4.2.2.1.8-ci yarımbəndə “şikayət
verilməsinə” sözlərindən sonra “və arbitraj məhkəmələrinin
qərarlarının ləğv edilməsi ilə
bağlı ərizənin verilməsinə” sözləri əlavə
edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 5 sentyabr tarixli 384 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 9, maddə 1538
(Cild I) ilə təsdiq edilmiş “Mediatorların peşəkar
etik davranış Qaydası”nın 3.10.2-ci yarımbəndində
“və arbitraj (münsiflər məhkəməsi) proseslərində”
sözləri “proseslərində və arbitraj icraatında”
sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “1” “avqust” 2025-ci il
Azərbaycan .- 2025.- 6 avqust (¹162).- S.6.