“Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsində, Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində,
“Qaçqınların və məcburi köçkünlərin
(ölkə daxilində köçürülmüş
şəxslərin) statusu haqqında”, “Yaşayış yeri
və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq
edilməsi barədə” və “Azərbaycan Respublikasında
dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2024-cü il 29
dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və
bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi
fərmanlarında və Sərəncamında dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 30 yanvar tarixli 313 nömrəli Fərmanının
icrası ilə əlaqədar Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik
edilməsi barədə
¹ 230
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
QƏRARI
“Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsində, Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində,
“Qaçqınların və məcburi köçkünlərin
(ölkə daxilində köçürülmüş
şəxslərin) statusu haqqında”, “Yaşayış yeri
və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq
edilməsi barədə” və “Azərbaycan Respublikasında
dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2024-cü il 29
dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və
bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi
fərmanlarında və Sərəncamında dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 30 yanvar tarixli 313 nömrəli Fərmanının
2-ci hissəsinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 25 dekabr tarixli 199 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 809
(Cild I) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadəyə
görə birinci dərəcəli istehlakçıların
(elektrik enerjisi təchizatının dayandırılmasına
icazə verilməyən təşkilatların)
Siyahısı”nın “Büdcədən maliyyələşdirilən
istehlakçılar” bölməsinin on səkkizinci
abzasında “qanunsuz miqrantların saxlanılması mərkəzlər”
sözləri “müvəqqəti yerləşdirmə mərkəzləri”
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861
(Cild I); 2024, ¹ 2, maddə 229, ¹ 4, maddə 467, ¹ 9, maddələr
1090, 1100) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın
II bölməsinin 38.1.2-ci yarımbəndində “Qanunsuz
miqrantların saxlanılması” sözləri “Müvəqqəti
yerləşdirmə” sözləri ilə əvəz edilsin.
3. “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin
daxili intizam Qaydaları”nın təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24
avqust tarixli 317 nömrəli Qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1454
(Cild I); 2024, ¹ 3, maddə 303, ¹ 7, maddə 894, ¹ 9, maddələr
1067, 1083, 1106) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. Qərarın adında və birinci hissəsində
“Qanunsuz miqrantların saxlanılması” sözləri “Müvəqqəti
yerləşdirmə” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Qanunsuz
miqrantların saxlanılması mərkəzlərinin daxili
intizam Qaydaları” üzrə:
3.2.1. adında və 1.1-ci bənddə “Qanunsuz
miqrantların saxlanılması” və “qanunsuz miqrantların
saxlanılması” sözləri müvafiq olaraq “Müvəqqəti
yerləşdirmə” və “müvəqqəti yerləşdirmə”
sözləri ilə əvəz edilsin;
3.2.2. 1.7-ci bəndin ikinci cümləsində,
4.26-cı bəndin üçüncü cümləsində,
4.30-cu bənddə, 4.31-ci bəndin ikinci cümləsində,
4.38-ci bənddə, 5.30-cu bəndin ikinci cümləsində,
5.41-ci, 5.45-ci, 9.3-cü, 17.4-cü, 19.6-cı bəndlərdə,
19.34-cü bəndin birinci cümləsində, 19.36-cı bənddə
və 20.4-cü bəndin ikinci cümləsində “Mərkəzin
tabe olduğu dövlət orqanının” sözləri “Xidmətin”
sözü ilə əvəz edilsin;
3.2.3. həmin Qaydalara 1–44 nömrəli əlavələrdə
mətn üzrə “Qanunsuz miqrantların saxlanılması”,
“QANUNSUZ MİQRANTLARIN SAXLANILMASI” və “qanunsuz miqrantların
saxlanılması” sözləri müvafiq olaraq “Müvəqqəti
yerləşdirmə”, “MÜVƏQQƏTİ
YERLƏŞDİRMƏ” və “müvəqqəti yerləşdirmə”
sözləri ilə əvəz edilsin;
3.2.4. həmin Qaydalara 18 nömrəli əlavənin
“Qeydlər” hissəsinin 1-ci bəndində “Mərkəzin tabe
olduğu dövlət orqanının” sözləri “Xidmətin”
sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 16 oktyabr tarixli 398 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 10, maddə 1286
(Cild I); 2024, ¹ 3, maddə 330) ilə təsdiq edilmiş “Ödənişsiz
psixoloji yardımın göstərilməsi Qaydası və
Şərtləri”nin 4.13.1-ci yarımbəndində “qanunsuz
miqrantların saxlanılması” sözləri “müvəqqəti
yerləşdirmə” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2024-cü il 2 may tarixli 242 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024, ¹ 5 (II kitab), maddə
580) ilə təsdiq edilmiş “Elektrik gücü
çatmadıqda, sistemin dayanıqlılığını
təmin etmək üçün elektrik enerjisinin təminatına
məhdudiyyətlər tətbiq edilməyən
istehlakçıların Siyahısı”nın 21-ci hissəsində
“qanunsuz miqrantların saxlanılması” sözləri “müvəqqəti
yerləşdirmə” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “1” “avqust” 2025-ci il
Azərbaycan .- 2025.- 6 avqust (¹162).- S.5.