Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2024-cü il 6 fevral tarixli 73 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Qarabağ Universitetinin Nizamnaməsi”ndə
dəyişiklik edilməsi haqqında
¹ 231
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu
maddəsinin səkkizinci abzasını rəhbər tutaraq,
“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin
yaradılması və fəaliyyətinin təmin edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7
fevral tarixli 322 nömrəli Fərmanının 4-cü hissəsinin
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2024-cü il 6 fevral tarixli 73 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024, ¹ 2, maddə 205) ilə
təsdiq edilmiş “Qarabağ Universitetinin Nizamnaməsi”nin
4.11.6-cı yarımbəndinə “digər qurumların”
sözlərindən sonra “(“Qarabağ Universitetinin
Klinikası” publik hüquqi şəxs istisna olmaqla)” sözləri
əlavə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “1” “avqust” 2025-ci il
Azərbaycan .- 2025.- 6 avqust (¹162).- S.5.