“Dövlət
büdcəsinin gəlirlərinin, o cümlədən
dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və
dövlət büdcəsinin neft gəlirlərinin
proqnozlaşdırılması Qaydası”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 10 yanvar tarixli 4 nömrəli Qərarında dəyişiklik
edilməsi barədə
¹ 232
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
QƏRARI
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, “Azərbaycan
Respublikasının Vergi Məcəlləsində, “Sosial
sığorta haqqında” və “Tibbi sığorta
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanununun tətbiqi
və bununla əlaqədar Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il
8 noyabr tarixli 229 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
“Dövlət
büdcəsinin gəlirlərinin, o cümlədən
dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və
dövlət büdcəsinin neft gəlirlərinin
proqnozlaşdırılması Qaydası”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 10 yanvar tarixli 4 nömrəli Qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 1, maddə 62
(Cild I); 2024, ¹ 4, maddə 473, ¹ 5 (II kitab), maddə 583)
aşağıdakı dəyişikliklər edilsin:
1.
2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2.
Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının layihələrinin
hazırlanması, razılaşdırılması, qəbul
edilməsi və dərc edilməsi qaydası haqqında
Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.
2. Həmin
Qərarla təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin,
o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin
və dövlət büdcəsinin neft gəlirlərinin
proqnozlaşdırılması Qaydası”nın 4.10.7-ci
yarımbəndinin 1-ci abzasından “və yük” sözləri
çıxarılsın.
Əli
Əsədov
Azərbaycan
Respublikasının Baş naziri
Bakı
şəhəri, “ 1 ” “ avqust ” 2025-ci il
Azərbaycan .- 2025.- 6 avqust (¹162).- S.5.