“Dövlət informasiya
ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin
vahid reyestrinin aparılması qaydaları”nın təsdiq
edilməsi və Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin “Dövlət informasiya ehtiyatlarının reyestrinin
aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə” 2010-cu il 17 may tarixli 89 nömrəli
və “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan
Respublikasının Prezidenti tərəfindən yaradılan
publik hüquqi şəxslər tərəfindən konkret sahələr
üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və “Elektron xidmət növlərinin
Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il
24 noyabr tarixli 191 nömrəli qərarlarının ləğv
edilməsi barədə
¹ 233
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu
maddəsinin səkkizinci abzasını rəhbər tutaraq,
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində,
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında”, “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2024-cü il 28
iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və
“İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2024-cü il 16 iyul tarixli 149 nömrəli
Fərmanının 2.1.2.2-ci yarımbəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin
və elektron xidmətlərin vahid reyestrinin aparılması
Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Dövlət informasiya ehtiyatlarının reyestrinin
aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 17 may tarixli 89 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 5, maddə 468
(Cild I); 2024, ¹ 9, maddə 1090) ləğv edilsin.
3. “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan
Respublikasının Prezidenti tərəfindən yaradılan
publik hüquqi şəxslər tərəfindən konkret sahələr
üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və “Elektron xidmət növlərinin
Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072 (Cild I), 2025, ¹ 2, maddə
187; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12
may tarixli 157 nömrəli Qərarı) ləğv edilsin.
4. Azərbaycan Respublikasının Xüsusi Rabitə
və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
və Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi bu Qərarın 1-ci
hissəsi nəzərə alınmaqla, Azərbaycan
Respublikası Prezidentinin “Dövlət informasiya ehtiyatları
və sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası və arxivləşdirilməsi
Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə
bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12
sentyabr tarixli 263 nömrəli Fərmanının və
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin
Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar
bəzi məsələlərin tənzimlənməsi
haqqında” 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanının
5.1-ci bəndinin tələblərindən irəli gələn
tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “1” “avqust” 2025-ci il
Azərbaycan .- 2025.- 6 avqust (¹162).- S.5.