“Ezamiyyə xərclərinin
normaları haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında
dəyişiklik edilməsi barədə
¹ 234
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu
maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci
il 25 yanvar tarixli 14 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 1, maddə 44
(Cild I); 2024, ¹ 4, maddə 453,; ¹ 9, maddə 1085) ilə təsdiq
edilmiş 2 nömrəli əlavə – “Ezamiyyə xərclərinin
1 günlük normasına əlavələr və həmin əlavələrin
tətbiq olunduğu rəhbər işçilərin
kateqoriyası”nda “Qeydlər”in 1-ci hissəsinin 3-cü cümləsinə
“mərkəzi icra hakimiyyəti orqanlarına bərabər
tutulan orqanların rəhbərlərinin müavinlərinə,”
sözlərindən sonra “Azərbaycan Respublikası Baş
prokurorunun müavinlərinə,” sözləri əlavə
edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “1” “avqust” 2025-ci il
Azərbaycan .- 2025.- 6 avqust (¹162).- S.5.