“Avtomobil yolları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli
112-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında
dəyişiklik edilməsi haqqında
¹ 235
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu
maddəsinin səkkizinci abzasını rəhbər tutaraq,
“Avtomobil yolları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli
112-VIIQD nömrəli Qanununun icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 20 iyul tarixli 315 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7, maddə 1648)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi
ilə bağlı məlumatın forması”nda
aşağıdakı dəyişikliklər edilsin:
1.1. ikinci abzasdan “haqqının alınması”
sözləri çıxarılsın;
1.2. “Qeyd” hissəsində “haqqının
alındığı məntəqələrdə” sözləri
“məntəqələrində” sözü ilə əvəz
edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 6 mart tarixli 76 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 3, maddə 510;
2024, ¹ 3, maddə 304, ¹ 7, maddə 897) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli
yol kimi istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 2.1.4-cü yarımbənddən “(şlaqbaumlar,
elektron ödəniş terminalı və açıq məntəqə)”
sözləri çıxarılsın;
2.2. aşağıdakı məzmunda 2.1.4-1-ci
yarımbənd əlavə edilsin:
“2.1.4-1. buraxılış məntəqəsi – ödənişli
avtomagistrallarda nəqliyyat vasitələrinin
giriş-çıxışına nəzarət etmək məqsədilə
yaradılmış və keçid zolaqlarında quraşdırılmış,
foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki
vasitələr və qurğularla təchiz edilmiş məntəqədir;”;
2.3. 2.1.5-ci yarımbənd ləğv edilsin;
2.4. 3.2.1-ci yarımbənddə “ödənişin
tutulması” sözləri “ödəniş” sözü ilə
əvəz edilsin;
2.5. 3.6-cı bəndin ikinci cümləsində “olan nəqliyyat
vasitələrinin buraxılmasını təmin edən
buraxılış məntəqəsi (açıq məntəqə)”
sözləri “istifadəçilər üçün müəyyən
edilmiş xidməti keçid zolağı” sözləri ilə
əvəz edilsin;
2.6. 3.7-ci bənddə “ödənişin tutulması”
sözləri “ödəniş əməliyyatı” sözləri
ilə əvəz edilsin;
2.7. 4.1.8-ci yarımbənddə “ödənişin
tutulması məntəqələrində” sözləri
“ödəniş məntəqələrində” sözləri
ilə əvəz edilsin;
2.8. 4.2.1-ci yarımbənddə “ödəniş”
sözü “buraxılış” sözü ilə, “maneəni
(şlaqbaumu) açmamaq” sözləri “maneəni
götürməmək (şlaqbaumu açmamaq)” sözləri
ilə əvəz edilsin;
2.9. 5.2.3-cü yarımbənddə “(şlaqbaumun)
açılması” sözləri “götürülməsi
(şlaqbaumun açılması)” sözləri ilə əvəz
edilsin;
2.10. 5.3.1-ci yarımbənddə “ödəniş”
sözü “buraxılış” sözü ilə əvəz
edilsin;
2.11. 5.3.2-ci yarımbənddə “gedişini
özbaşına” sözləri “keçidini” sözü ilə
əvəz edilsin;
2.12. 5.3.3-cü yarımbənddə “(şlaqbaumu)
özbaşına yığışdırmaq” sözləri
“özbaşına götürmək (şlaqbaumu açmaq)”
sözləri ilə əvəz edilsin;
2.13. 5.3.4-cü yarımbənd aşağıdakı
redaksiyada verilsin:
“5.3.4. ödəniş məntəqələrindən
keçmədən kənar yollardan (yerlərdən) istifadə
etməklə, habelə ödənişsiz gediş
hüququna malik istifadəçilər üçün
müəyyən edilmiş xidməti keçid
zolağından belə hüququ olmayan istifadəçilər
tərəfindən ödənişli avtomagistrallara daxil olmaq
və ya oradan çıxmaq;”;
2.14. 5.3.5-ci və 5.3.6-cı yarımbəndlər ləğv
edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “2” “avqust” 2025-ci il
Azərbaycan .- 2025.- 6 avqust (¹162).- S.5.