Gəncə şəhər
rəhbərliyi Hacıkənd qəsəbəsində sakinlərlə
görüşmüşdür
Gəncə Şəhər İcra Hakimiyyətinin
(ŞİH) başçısı Niyazi Bayramov Hacıkənd
qəsəbəsinin sakinləri ilə səyyar
görüş keçirmişdir.
ŞİH-in məsul əməkdaşlarının,
bələdiyyə sədrlərinin, idarə, müəssisə
və təşkilat rəhbərlərinin iştirakı ilə
keçirilən görüşdə vətəndaşlar
işlə təminat, maddi yardım, su xəttinin bərpası
və digər məsələlərlə bağlı
müraciətlər səsləndirmişlər. Niyazi Bayramov
sakinlərin qaldırdıqları problemlərin qısa
zamanda həlli üçün aidiyyəti təşkilatlara
tapşırıqlar vermişdir. Bir sıra məsələlər
isə araşdırılaraq həll olunması
üçün qeydiyyata alınmışdır.
Azərbaycan .- 2025.- 6 avqust (№162).- S.10.