Gəncə Cihazqayırma Zavodu ilə "Azəriqaz" İB arasında memorandum imzalanıb

 

 

Gəncə Cihazqayırma Zavodunda istehsal olunan sayğacların laboratoriya və istismar sınaqlarının müsbət nəticələri nəzərə alınaraq SOCAR rəhbərliyi burada yerli mexaniki qaz sayğaclarının istehsalına dair qərar qəbul etmişdir.

Bu məqsədlə "Azəriqaz" İstehsalat Birliyi ilə Gəncə Cihazqayırma Zavodu arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Razılaşmaya əsasən, zavod istehsal həcmini əhəmiyyətli dərəcədə artırmaqla birinci il 200 min, növbəti illərdə isə 500 min ədəd qaz sayğacı istehsal edəcək.

Qeyd edək ki, zavod təkcə istehsalı genişləndirmir, həm də texnoloji innovasiyaları aktiv şəkildə tətbiq edir. Müəssisəyə metal emalı, plastik kütlənin formalaşdırılması və tozla boyama sahələri üzrə yeni avadanlıqlar gətirilmişdir. Bundan əlavə, zavod istehsalın modernləşdirilməsində mühüm addım olan ağıllı (smart) sayğacların hazırlanmasına da başlamışdır. Burada həmçinin yaxın gələcəkdə uzaqdan idarə edilən sayğacların istehsalı nəzərdə tutulmuşdur.

 

 

S.YUNİSOĞLU

Azərbaycan .- 2025.- 6 avqust (№162).- S.10.