Əmək
pensiyalarının indeksləşdirilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasında
pensiyaçıların sosial
müdafiəsini gücləndirmək
məqsədilə “Əmək
pensiyaları haqqında”
Azərbaycan Respublikası
Qanununun 6.2-ci, 29.1-ci və
29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
tapşırılsın ki,
2025-ci il yanvarın
1-nə 2024-cü il üzrə
Azərbaycan Respublikası
Dövlət Statistika
Komitəsinin müəyyən
etdiyi:
1.1. orta aylıq
nominal əməkhaqqının
illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin
edilmiş əmək
pensiyalarının sığorta
hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin
edilmiş əmək
pensiyaçılarına münasibətdə
– həmin əlavələrlə
birlikdə müəyyən
edilmiş məbləğinin
və 2023-cü il yanvarın 1-dən əmək
pensiyalarının tərkibinə
daxil edilən maddi yardımların;
1.2. istehlak qiymətləri
indeksinin illik səviyyəsinə uyğun
olaraq, sığortaolunanların
fərdi şəxsi hesabının sığorta
hissəsində 2025-ci il
yanvarın 1-dək qeydə
alınmış pensiya
kapitalı məbləğlərinin
indeksləşdirilməsini həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
3. Bu Sərəncam
2025-ci il yanvarın
1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 fevral 2025-ci il
Azərbaycan.-2025.- 6 fevral
(№26).- S.1.