2025-ci il yeni uğurlar
dövrü olacaq
Prezident
İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz möhtəşəm nailiyyətlərə
imza atacaq
Azərbaycanda hər
ötən ilin bütün sahələr
üzrə nailiyyətlərlə
əlamətdar olması
müasir tariximizin əsas göstəricilərindən
biridir. Hətta qlobal iqtisadi böhanların pik həddə olduğu dövrlərdə belə
respublikamız sınaqlardan
layiqli şəkildə
çıxıb. Bütün
dünyanı bürümüş
pandemiyanın yaratdığı
çətinliklər də
Azərbaycanı öz
yolundan saxlaya bilməyib.
Əlamətdar il
Xatırladaq ki,
2024-cü il də qeyd edilən məsələlər baxımından
uğurlu mərhələ kimi
tarixə düşdü.
Ötən il ümumi
daxili məhsulun 4 faizdən çox, qeyri-neft sektorunun 6 faizdən çox, qeyri-neft sənayesinin isə 7 faizdən çox artması olduqca mühüm iqtisadi uğurlarımızdır.
Habelə respublikamızın
strateji valyuta ehtiyatları 72 milyard
ABŞ dollarını ötüb
və bu, Azərbaycanın xarici borcunu 14 dəfə üstələyir. "Keçən
il iqtisadi inkişaf baxımından
yenə də uğurlu il olmuşdur. Azərbaycanın
iqtisadiyyatı inkişaf
etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın
mənzərəsinə nəzər
salsaq, müsbət sayıla bilər", - deyə Prezident İlham Əliyev bildirib.
Ötən il həm də Azərbaycanın milli maraq və mənafelərinin
qətiyyətlə təmin
olunduğu dövr kimi yadda qalıb.
Belə ki, 2024-cü ildə Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən
Bağanıs Ayrım,
Aşağı Əskipara,
Xeyrımlı və Qızılhacılı kəndləri
işğaldan azad olunub. İlin başqa bir uğurlu hadisəsi Rusiya Federasiyasının sülhməramlı kontingentinin
respublikamızın ərazilərini
tam tərk etməsidir.
2024-cü il Qarabağ
və Şərqi Zəngəzurun bərpası,
Böyük qayıdış
proqramının həyata
keçirilməsi baxımından
da mühüm mərhələ oldu. Məskunlaşmanın olduğu
yaşayış ünvanlarının
sırasına Şuşa,
Xocalı və Cəbrayıl şəhərləri,
Xocalı rayonunun Ballıca, Laçın rayonunun Sus kəndləri
də əlavə olundu. İşğaldan azad edilmiş rayonlara qayıdan keçmiş məcbur köçkünlərin sayı
artıq 10 min nəfəri ötüb.
Ötən il Azərbaycan bir sıra qlobal nailiyyətlərə də imza atıb. Bu sırada Bakıda COP29-un keçirilməsi, respublikamızın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi Azərbaycanın tarixinə mühüm nailiyyətlər kimi həkk olundu.
Azərbaycan həm
də sabitliyin və təhlükəsizliyin
ən yüksək səviyyədə bərqərar
olduğu dövlətlərdən
biridir. Beynəlxalq miqyasda özünü göstərən belə
gərgin şəraitdə
Azərbaycanda sabitliyin
hökm sürməsi
dövlətimizin və
xalqımızın ən
böyük uğurlarından
biridir. Respublikamızın
əldə etdiyi bütün nailiyyətlərin
kökündə dayanan
əsas amillərdən
biri də məhz sabitlikdir.
30-a yaxın yaşayış
məntəqəsində keçmiş
məcburi köçkünlər
məskunlaşacaqlar
2024-cü ilin mənzərəsi
2025-ci ildə də dövlətimizin qarşısında
dayanan bütün milli vəzifələrin uğurla icra ediləcəyindən xəbər
verir. Bu sırada iqtisadi sferadakı artımın cari il ərzində
də davam edəcəyi, artım
dinamikasının saxlanılacağı
şübhəsizdir. Hazırkı
xarici və daxili makroiqtisadi mühit, qlobal iqtisadi vəziyyət və əsas meyillər bunu deməyə əsas verir. Artıq minimum əməkhaqqı və minimum pensiyalar artıb. O cümlədən bir sıra sahələrdə
çalışanların maaşları artıb və bu da
onu göstərir ki, vətəndaşların
sosial rifahının yüksəldilməsi diqqət
mərkəzindədir.
Əlbəttə ki,
Qarabağ və Şərqi Zəngəzurun
bərpası və yenidənqurulması prioritet
milli vəzifə kimi bu il
də xüsusi diqqət mərkəzində
olacaq. 2025-ci ildə dövlət büdcəsindən
işğaldan azad edilmiş ərazilərin
bərpasına 4 milyard
manat ayırılıb
və bu da ondan xəbər
verir ki, Böyük qayıdış
proqramı üzrə
il ərzində nəzərdə tutulan bütün tədbirlər
yerinə yetiriləcək.
"Bu il üçün bizim planlarımızda daha 20-yə
yaxın yaşayış
məntəqəsinə keçmiş
köçkünləri qaytarmaqdır.
O şəhər və
kəndlərin adları
artıq seçilib, layihələr icra edilir. Bir çox
kəndlərdə, şəhərlərdə
indi inşaat işləri gedir və bu ilin
sonuna qədər 30-a
yaxın yaşayış
məntəqəsində keçmiş
köçkünlər məskunlaşacaqlar",
- deyə Prezident İlham Əliyev bildirib.
Prezident İlham
Əliyev bir neçə gün əvvəl "Bakı
şəhərində və
ətraf ərazilərdə
nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət
Proqramı"nı təsdiq
edib. Proqram çərçivəsində bu ildən etibarən
Bakı şəhərində
və ətraf ərazilərdə nəqliyyat
sisteminin və infrastrukturunun təkmilləşdirilməsi
üçün müvafiq
işlərin həyata
keçirilməsinə başlanılır.
Bu baxımdan 2025-ci il həm də
paytaxtda ictimai nəqliyyatın optimallaşdırılması
və genişləndirilməsi,
mobilliyin təmin olunması istiqamətində
görüləcək işlərin
başlanğıcı olacaq.
Bu il Azərbaycan növbəti
beynəlxalq idman tədbirinə III MDB Oyunlarına
evsahibliyi edəcək.
Gəncə şəhəri
bu idman hadisəsinin mərkəzi
olacaq. Eyni zamanda MDB Humanitar Əməkdaşlıq Şurasının
qərarına əsasən,
Laçın şəhəri
2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı
elan edilib. Bütün bunlar Azərbaycana olan etimadın, dövlətimizin yüksək
beynəlxalq nüfuzunun
göstəriciləridir. Bu
tədbirlər çərçivəsində
Azərbaycana çoxsaylı
idmançılar, xarici
qonaqlar gələcəklər.
2025-ci il həm də respublikamızda
"Konstitusiya və Suverenlik İli" elan edilib. Həm
III MDB Oyunları, həm
Laçın şəhərinin
2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı
olması ilə əlaqədar, həm də "Konstitusiya və Suverenlik İli" çərçivəsində
keçiriləcək tədbirlər
bir daha Azərbaycanın uğurlarının
təqdimatına çevriləcək,
zəfərlərimizi dünyaya
bəyan edəcək.
2025-ci il də
Azərbaycan üçün
əlamətdar hadisələrlə,
uğurlarla zəngin olacaq. Hər bir sahədə inkişafın, irəliləyişin
əldə olunacağı
şübhəsizdir. Həm
də dövlətimizin
ən ağır problemləri artıq geridə qalıb, torpaqlarımız işğaldan
azad edilib, ərazilərimizdə erməni
separatçılığına son qoyulub. Bu
mənada qalib dövlət və qalib xalq adını
qazanmaq inkişafı,
işgüzarlığı, dinamizmi şərtləndirən
başlıca amil kimi özünü göstərir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə tarixinin ən qüdrətli dövlətinə
çevrilən Azərbaycan
bundan sonra da möhtəşəm nailiyyətlərə imza
atacaq, inkişaf və yüksəliş yolu ilə gələcəyə
doğru inamla addımlayacaq.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan- 2025.- 6 fevral
(№ 22).- S.5.