USAID-in ləğvi Vaşinqtonun maraqlarına cavab verir

 

Bu təsisata bağlı olan bütün uzantılar barədə dərhal tədbirlər görülməlidir

 

"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi Marşal planı çərçivəsində ötən əsrin ortalarında yaradılmış, uzunmüddətli iqtisadi sosial inkişafa yönəlmiş nəhəng təsisatdır. Bu günə qədər USAID kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya, humanitar yardıma dəstək istiqamətlərində, daha doğrusu, bu ad altında dövlətlərin asılılıq altına salınması istiqamətində çoxsaylı proqramlar reallaşdırıb".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Açıq Cəmiyyət İnstitutunun yetirməsi olan Sorosun dəstəyi ilə karyera qurmuş Samanta Pauerin USAID-ə rəhbər təyin olunması isə təsisatın fəaliyyətini daha da radikallaşdırıb, xüsusən islam türk dünyasına münasibətdə hücumları intensivləşdirib. Ümumiyyətlə, Pauer öz fəaliyyəti dövründə dəfələrlə Türkiyəni aşağılayaraq aşkar şəkildə terroru vandalizmi dəstəkləyib. Davamlı olaraq sosial şəbəkələrdə həm Sorosdan gələn tezislərə müvafiq olaraq başlanan kampaniyalar çərçivəsində, həm öz təşəbbüsü ilə erməni lobbisi ilə həmrəylik nümayiş etdirib, o cümlədən Vətən müharibəsi antiterror tədbirləri dövründə özü USAID açıq formada tərəf kimi davranıb, bu gün proses eyni qaydada davam edir. "Antiterror tədbirlərinin ardınca Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən yaxalanan separatçı rejimin keçmiş "lider"lərinin istintaqa verdiyi ifadələr Samanta Pauerin həm korrupsiyalaşmış, muzdlu fiqur olduğu reallığını meydana çıxarır. Təsadüfi deyil ki, separatçı "lider"lərin saxlanmasının ardınca Samanta Pauer böyük həyəcanla Ermənistana səfər edib Azərbaycan-Ermənistan şərti sərhədində jurnalistlərə müsahibəsində Azərbaycanı açıq şəkildə ittiham etmiş, Ermənistanın işğal təcavüz siyasətini dəstəkləmişdir", - deyə deputat əlavə edib.

B.Məhərrəmov qeyd edib ki, demokratlar iqtidarı zamanında ABŞ Dövlət Departamentindən aldığı tezislər əsasında USAID-in imkanları səfərbər olunaraq beynəlxalq ictimai rəydə Azərbaycan əleyhinə qərəzli fon formalaşdırılması, həmçinin Azərbaycan daxilində süni qarşıdurma yaradılması istiqamətində çoxsaylı, çoxşaxəli fəaliyyətlərə start verib. Ötən il USAID-in Ermənistana 5 illik yardım paketini iki dəfə artırması da məhz bu çərçivədə qiymətləndirilməlidir. Görünən o idi ki, imperializm hələ regionda sabit, təhlükəsiz mühitin qurulmasını arzulamır Beynəlxalq İnkişaf Agentliyi bu prosesdə ənənəvi olaraq mexanizm kimi çıxış edirdi. Lakin bölgədə artıq elə bir reallıq yaranıb ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin proseslərə hər hansı formada köklü təsir etmək imkanı minimuma enib, xüsusən Azərbaycan vətəndaş cəmiyyəti institutlarında həyata keçirilən şəffaflaşma sağlamlaşma fonunda təsisatın Azərbaycan cəmiyyətinə təsiri mümkünsüzdür. Bu baxımdan USAID daha çox gücü Ermənistan daxilində fəaliyyətə, o cümlədən bu ölkəyə təcavüzkar məqsədlərin dəstəklənməsi üçün əlavə yardımlar ayrılmasına yönəltmişdi.

B.Məhərrəmov vurğulayıb ki, USAID erasına son qoyulması Tramp iqtidarının bu təxribatçı təşkilatın Vaşinqtonun maraqlarına cavab vermədiyi qənaətində olduğunu göstərməkdədir: "Elə öz regionumuza münasibətdə təhlil etsək, aydındır ki, ABŞ-nin Cənubi Qafqazda öz maraqları var cənab Tramp da yaxşı anlayır ki, bu maraqları bölgənin zəif bəndi olan Ermənistanla əməkdaşlıq zəminində formalaşdırmaq mümkün deyil. Eləcə digər coğrafiyalarda bərabərhüquqlu tərəfdaşlıqlar USAID-in təxribatçı ayırıcı xətlər təşviq edən konfiqurasiyasından daha çox üstündür. Bu mənada USAID-in ləğvi, əslində, Vaşinqtonun maraqlarına cavab verir. Əlbəttə, belə bir fonda USAID-in tör-töküntülərinin mövcudluğunu davam etdirməsi yaxud bu çərçivədə hansısa formada layihələrin həyata keçirilməsi Azərbaycanın milli maraqlarına, həmçinin xalqın milli birliyi, Vətən müharibəsi antiterror tədbirləri ilə daha da möhkəmlənmiş milli həmrəyliyinə ziddir".

Deputat yekunda bildirib ki, bu təsisata bu ya digər formada bağlı olan bütün uzantılar barədə dərhal tədbirlər görülməlidir.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2025.- 6 fevral (№ 22).- S.6.