M.B.Babayevin
Azərbaycan Respublikası
Prezidentinin iqlim məsələləri üzrə
nümayəndəsi təyin
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikası
Prezidentinin iqlim məsələləri üzrə
nümayəndəsi təyin
edilsin.
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 fevral 2025-ci il
Azərbaycan.-2025.-
6 fevral (¹26).- S.2.