Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə
Azərbaycan Respublikasının
Energetika Nazirliyinə
vəsait ayrılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
humanizm prinsiplərinə
söykənərək, ikitərəfli
və çoxtərəfli
əsasda dünyanın
bir çox ölkəsinə humanitar
yardımlar göstərir.
Ukraynada yaranmış
son vəziyyətlə
əlaqədar Azərbaycan
dövləti tərəfindən
Ukrayna xalqına da bir neçə
dəfə humanitar yardım göndərilmişdir.
Azərbaycan Respublikası
ilə Ukrayna arasında münasibətlər
dostluq və tərəfdaşlıq zəminində
müvafiq ikitərəfli
sənədlər, o cümlədən
2000-ci il 16 mart tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq
və tərəfdaşlıq
haqqında Müqavilə”,
2008-ci il 22 may tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq
haqqında Bəyannamə”
və 2022-ci il 14 yanvar tarixli “Azərbaycan Respublikası
Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi”
əsasında inkişaf
edir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Ukraynaya humanitar
yardım göstərilməsi
məqsədilə Azərbaycan
Respublikasında istehsal
olunan elektrik avadanlığının satın
alınması və göndərilməsi üçün
Azərbaycan Respublikasının
2025-ci il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
ehtiyat fondundan Azərbaycan Respublikasının
Energetika Nazirliyinə
1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 fevral 2025-ci il
Azərbaycan.-2025.- 6 fevral
(¹26).- S.2.