İlham Əliyev. İnkişaf - məqsədimizdirçoxcildliyinin 141-ci kitabı çapdan çıxıb

 

Biz 2030-cu ilə qədər təxminən 6 giqavatlıq Günəş, külək hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr anlaşma memorandumları imzalanıb. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq”.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdirçoxcildliyinin çapdan yeni çıxmış 141-ci kitabında yer alan bu sözləri dövlətimizin başçısı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində söyləyib.

Çoxcildliyin 141-ci kitabında toplanmış materiallar 2024-cü ilin noyabr-dekabr aylarını əhatə edir.

Yeni kitaba Azərbaycan Prezidentinin COP29 Liderlər Sammitinin açılış mərasimində, COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışlarının mətnləri, bu beynəlxalq tədbirlə bağlı Azərbaycana gəlmiş dövlət hökumət rəhbərləri, eləcə Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Şurasının Baş katibi, BMT-nin Baş katibi, İslam İnkişaf Bankının prezidenti, ICESCO-nun Baş direktoru, Avropa Yenidənqurma İnkişaf Bankının prezidenti ilə görüşləri haqqında informasiyalar daxil edilib.

Nəşrdə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərinə dair materiallar da verilib.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin Bakıda Zəfər parkının açılış mərasimində Azərbaycan xalqına müraciətinin mətni yer alıb.

Oxucu kitabda Azərbaycan Prezidentinin Ümumrusiya Dövlət Televiziya Radio Yayımı Şirkəti Rusiyanın “RİA NovostiAgentliyi üçünRossiya SeqodnyaBeynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalındaVesti nedeliproqramının müəllifi aparıcısı Dmitri Kiselyova müsahibəsinin mətni ilə tanış ola bilər.

Yeni kitaba dövlətimizin başçısının COP29 çərçivəsindəDünya dinləri yaşıl planet uğrundaşüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsimövzusunda II beynəlxalq konfransın, Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun, Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına müraciətləri daxil edilib.

Çoxcildliyin buraxılışına məsulAzərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 

Azərbaycan.-2025.- 6 fevral (№ 25).- S.2.