Azərbaycan-Türkiyə
qardaşlığı bu
sınaqdan da şərəflə çıxdı
Zəlzələnin
mərkəzi olmuş
Kahramanmaraşda "Azərbaycan
məhəlləsi"nin açılışına
çox qalmayıb
Zəlzələ dünyanın
müxtəlif yerlərində
fərqli şəkildə baş
verir. Elə ölkələr var ki, onlarda zəlzələ
ya olmur, ya da çox
nadir hallarda yer silkələnir, o da hiss olunmayacaq
dərəcədə zəif.
Qardaş Türkiyə
isə zəlzələnin
ən çox baş verdiyi ölkələrdəndir. Mütəxəssislərin
dediyinə görə,
Türkiyə ərazisində
iki yeraltı qırılma xətti mövcuddur və bu, qardaş ölkə üçün
böyük təhlükə
mənbəyidir.
İki il öncə - 2023-cü il fevralın 6-da baş verən zəlzələ
nəinki Türkiyədə,
hətta dünyada baş verən ən geniş və ən çox dağıntı
törədən zəlzələ
olması ilə fərqlənir. Həmin zəlzələnin "əsrin
fəlakəti" adlandırılması
hələ azdır, bəlkə də bu deprem əsrlərin
faciəsidir. Mərkəzi
Kahramanmaraş olmaqla,
Türkiyədə bir
neçə saat fərqlə baş verən 7,7 və 7,6 bal gücündəki dağıdıcı 2 zəlzələdə
53 min 537 nəfər həyatını itirib,
107 min 213 nəfər
isə müxtəlif
bədən xəsarətləri
alıb. Bu zəlzələ nəticəsində
38 min 901 bina dağılıb. O, 11 vilayət,
124 rayon, 6929 kənd və məhəllə olmaqla, 120 min kvadratkilometr ərazini və 14 milyon insanı əhatə edib. Təsadüfi deyil ki, bu
zəlzələ insan
itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə ən dağıdıcı
təbii fəlakətlər
siyahısına düşüb.
Türkiyədə baş
verən bu fəlakət bütün
vicdanlı insanları
kədərləndirdi, Azərbaycanda
isə bu faciəni xalqımız özününkü bildi.
Fəlakət zonasına
yardım göstərmək
üçün Türkiyədə
insanlar necə fədakarlıqlar göstərirdisə,
eynisi Azərbaycanda
təkrar olunurdu. Analar qızlarına cehizlik üçün sırıdığı yorğan-döşəyi
Türkiyədəki qardaş-bacılarına göndərməkdə
tərəddüd etmirdi,
böyükdən-kiçiyə, imkanlıdan imkansıza hərə bacardığı
yardımı göstərirdi.
Bütün dünya
Azərbaycan xalqının
göstərdiyi bu qardaşlığa heyran oldu. Hamı başa düşdü ki, "iki dövlət
- bir millət" gəlişigözəl olan
şüar deyil, həqiqi qardaşlıq nümunəsidir. Bu qardaşlığın maddi
tərəfi ilə yanaşı, bir mənəvi dəyəri
də var. Türkiyədəki bacı
və qardaşlarımız
gördülər ki,
onlar Azərbaycan xalqı kimi etibarlı bir dayağa, dərdini dərdi bilən, sevincini sevinci hesab edən canı bir, dili bir sirdaşa
malikdirlər.
Həmişə çətin
anlarda olduğu kimi, bu fəlakət
zamanı da ölkəmizdə xalq-dövlət
birliyi nümayiş olundu. Xalqımızın
fədakarlığını dövlətimiz özünün
imkanları ilə daha da dəyərli
etdi. Dövlət qurumlarımız səfərbər
oldular, qardaş ölkəyə yardım
etmək üçün
bir araya gəldilər, xilasedicilər
tərəddüd etmədən
fəlakət zonasına
getmək istədiklərini
bildirdilər. Azərbaycandan
göndərilən 669 xilasedici
Hatay, Antakya, Kahramanmaraş, Adıyaman
və digər şəhərlərdə xilasetmə
əməliyyatları zamanı
53 nəfəri xilas etdi, dağıntılar altından 780 cəsədi
çıxararaq yaxınlarına
təhvil verdi.
Ümumilikdə zəlzələ
ilə əlaqədar
Azərbaycan tərəfindən
qardaş Türkiyəyə
fevralın 6-dan martın
15-dək göstərilmiş humanitar və maliyyə yardımının
ümumi məbləği
76,3 milyon manat (44,9 dollar) təşkil etdi. Dövlət qurumları tərəfindən
zəlzələ bölgəsində
zərərçəkənlərə göndərilən humanitar
yardımların Türkiyəyə
çatdırılması üçün 16 təyyarədən,
459 TIR, 25 vaqondan istifadə
olundu.
Zəlzələ zamanı
dövlət və xalq kimi Azərbaycanda
olan ictimai təşkilatlar da bu prosesə yaxından dəstək verdi. Heydər Əliyev Fondu isə qardaş Türkiyəyə müstəsna
yardım göstərməsi
ilə fərqləndi.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən,
fond tərəfindən
qardaş ölkəyə
müxtəlif dərman
preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı
olan çadırlar, generatorlar, istilik radiatorları, çöl
üçün qızdırıcılar,
dizel yanacaqlı kaloriferlər, axtarış-xilasetmə
işlərinə dəstək
məqsədilə ləvazimat
və avadanlıqlar çatdırıldı. Həmçinin
fondun "Regional İnkişaf"
İctimai Birliyi qardaş ölkəyə
dəstək üçün
humanitar yardım kampaniyası keçirdi.
Bunlardan əlavə,
zəlzələ nəticəsində
zərərçəkənlərə yardım üçün
Azərbaycanda fəaliyyət
göstərən QHT-lər
"Qardaş köməyi"
adlı platforma yaratdılar və bu platforma vasitəsilə
soydaşlarımız Türkiyəyə
müxtəlif ləvazimatlar
göndərdilər. Fevralın
15-də Türkiyədə keçirilən "Türkiyə
- tək ürək"
adlı xeyriyyə kampaniyasında da Azərbaycan vətəndaşları
fəal şəkildə
iştirak etdilər.
Dövlətimiz zəlzələdən
ən çox zərər görən Kahramanmaraşda
bərpa-quruculuq işlərini
görmək üçün
100 milyon dollar ayırdı. Həmin vəsaitlə şəhərdə
"Azərbaycan məhəlləsi"
tikilir. Sahəsi 28,5 hektar olan ərazidə
yaşayış binaları,
məktəb, uşaq
bağçası, mədəniyyət
mərkəzi inşa
olunur. Yaxın günlərdə burada
1300 mənzilin, 764 qeyri-yaşayış
obyektinin tikintisinin başa çatdırılaraq
şəhər sakinlərinin
ixtiyarına veriləcəyi
gözlənilir.
Rüstəm KAMAL,
Azərbaycan.-2025.- 6 fevral
(№ 22).- S.5.