USAID-in fəaliyyəti ölkələr xalqlar üçün təhlükə mənbəyidir

 

ABŞ-nin yeni seçilmiş bu ilin yanvar ayının 20-dən prezident kimi fəaliyyətə başlayan Donald Tramp qəbul etdiyi qərarlarla, imzaladığı sərəncamlarla beynəlxalq medianın gündəmindən düşmür. Onun dünyanın maraqla qarşıladığı bir az da təəccübləndirdiyi qərarlarından biri ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID-in vasitəsilə xarici ölkələrə edilən maliyyə yardımlarının dondurulmasıdır.

Artıq USAID-in "X" hesabı bağlanıb, saytını da açmaq mümkün deyil. Eyni zamanda Soros xətti ilə maliyyə yardımının da qarşısı alınıb. Xatırladaq ki, ABŞ dünyanın ən böyük yardım donorudur. Hər il ayrılan bu donor demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir. Vaşinqton 2023-cü maliyyə ilində müxtəlif ölkələrə 72 milyard dollar yardım ayırmışdı. 2024-cü ildə təbii fəlakətlərlə üzləşən ölkələrə BMT tərəfindən ayrılan bütün humanitar yardımın 42 faizi ABŞ-nin payına düşmüşdü. Maliyyə yardımı dondurulan USAID-in büdcəsi isə 27 milyard dollara yaxındır.

ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask "X" sosial şəbəkəsindəki paylaşımında bəyan edib ki, artıq USAID-in ləğvi prosesi gedir. O bildirib: "USAID bərpa oluna bilməz". Mask həmçinin USAID-i Çin laboratoriyasını maliyyələşdirməkdə ittiham edib. Amerikada o da iddia edilir ki, milyonlarla insanın həyatına son qoyan koronavirus dünyaya məhz bu laboratoriyadan yayılmışdı. İlon Mask bunlarla bağlı müvafiq bəyanatları öz "X" hesabında dərc edib. USAID- bağlı olan məlumatda o da vurğulanıb ki, Tramp hökuməti dünya miqyasında göstərilən on milyardlarla dollar həcmində yardımı dayandırmaqda israrlıdır.

ABŞ-nin maliyyəsi göstərişi ilə fəaliyyət göstərən Beynəlxalq İnkişaf Agentliyi - USAID ölkələrə yardımlar göstərən təşkilat kimi Azərbaycana da yaxşı tanışdır. Adı inkişaf agentliyi olsa da, əslində, bu təşkilat maliyyə inhisarçısıdır, xüsusilə Cənubi  Qafqazda sülhün, sabitliyin, əmin-amanlığın, təhlükəsizliyin yaranmasının əleyhinə çıxan qüvvələrdən biridir. Həmişə olduğu kimi, son 4 ildə bu təşkilat açıq-aşkar erməni işğalçılarını dəstəkləyib, onların xalqımıza qarşı yönəlmiş çirkin maraqlarına xidmət edib. Agentliyin belə "inkişaf strategiyası"nı yürütməyinin əsas səbəblərindən biri USAID-in  rəhbərinin - Samanta Pauerin qatı ermənipərəst olmasıdır. Bu təşkilat təkcə  Azərbaycana qarşı deyil, müstəqil siyasət həyata keçirən beynəlxalq güclərin dediklərinə məhəl qoymayan ölkələrə qarşı da dağıdıcı mövqe nümayiş etdirir.  USAID-in onların tərəfdarlarının Azərbaycana qarşı planları heç vaxt baş tutmayıb. Baş tuta da bilməzdi. Çünki ölkəmizin, xalqımızın bu cür "inkişaf agentlikləri"nin maliyyə yardımına ehtiyacı var.  

1991-ci ildən USAlD "Azərbaycana dəstək" proqramlarına 450 milyon, Gürcüstana 1,8 milyard, Ermənistana isə 1992-ci ildən bəri 3,3 milyard dollar sərmayə yatırıb. Bu rəqəmlər bir daha bu təşkilatın ermənipərəst mövqedə dayandığını sübut edir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 17 dekabr 2024-cü ildə  "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində Trampın USAID-i qadağan edə biləcəyini vurğulamışdı. Prezident eyni zamanda USAID-in, ümumiyyətlə, sıradan çıxa bilmə ehtimalını da qeyd etmişdi. Dövlətimizin başçısı jurnalistin USAID-in onun kimi başqa təşkilatların fəaliyyəti ilə bağlı sualını cavablandırarkən demişdir: "Bu təşkilatlarda çalışan ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə hər hansı qurumun, istər Azərbaycan ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir... Yardım asılılıq yaratmamalıdır. Ona görə Bayden administrasiyası tarixdə, o cümlədən ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil... Zənnimcə, Tramp onu qadağan edə bilər". 

Dövlətimizin başçısı daha sonra sözünə davam edərək bildirmişdir: "Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə bütün bunları qaydaya saldıq. Məsələn, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar "Amerikanın səsi" "Azadlıq radiosu" kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar".

Çox keçmədi ki, Prezident İlham Əliyevin verdiyi proqnozlar özünü doğrultdu. ABŞ-nin yeni seçilmiş dövlət başçısı USAID-in fəaliyyətinin dondurulması ilə bağlı sərəncam verdi.

USAID-in ən çox maliyyə yardım etdiyi ölkələrdən biri Ermənistandır. Ötən il düşmən ölkəyə maliyyə yardımı iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artırılmışdır. Təşkilatın rəhbərliyi bunu "demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq enerji təhlükəsizliyi s. kimi sahələrə yönəldiləcəyi" ilə izah etmişdi. Guya ki, Ermənistandan savayı başqa ölkələrdə həmin proseslər getmir, həmin işlər görülmür.

Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən dərhal sonra - sentyabrın 25-də Samanta Pauer ABŞ Dövlət katibinin Avropa Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimlə birlikdə İrəvana səfər etmiş, baş nazir Paşinyana prezident Baydenin məktubunu çatdırmış, sərhədyanı kəndlərə gedərək burada Qarabağı könüllü tərk etmiş ermənilərlə görüşmüşdü. Əgər son günlərini yaşayan bu təşkilat dünya ölkələrinə eyni gözlə baxırsa, baş verən hadisələrə obyektiv yanaşırsa, 30 ilə yaxın davam edən işğal dövründə erməni hücumları nəticəsində doğma ocaqlarından didərgin düşmüş milyondan çox azərbaycanlıdan heç olmasa bir nəfəri ilə görüşərdi. 

Danılmaz faktlar bir daha onu göstərir ki, fəaliyyətə başladığı vaxtdan USAID dünyanın bir çox ölkəsində "rəngli inqilab" adı altında dəhşətli hadisələr törədib. Xalqlar ölkələr üçün böyük təhlükələr yaradıb, çevrilişlər edib, qanlar töküb. ABŞ-nin yeni Prezidenti Donald Tramp bu təhlükəni görüb, hiss edib. Ona görə onun bağlanmasına qərar verib. Bu, çox düzgün addımdır. Çünki ölkələr xalqlar üçün bəlaya çevrilən USAID kimi təşkilatların fəaliyyəti təhlükə mənbəyidir. Bu təhlükələrin bir daha baş verməməsi üçün yeganə düzgün yol onu bağlamaqdır.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2025.- 6 fevral (№ 22).- S.6.