Mayk Doran: “Görünür, Donald Tramp və
İlon Mask USAID-lə bağlı Azərbaycanla eyni fikirdədir”
“Görünür, Donald
Tramp və İlon Mask USAID-lə bağlı Azərbaycanla eyni fikirdədir və bununla bağlı həll edilməsinə ehtiyac duyulan real problemlərin olduğunu qəbul edirlər”.
Bu sözləri
AZƏRTAC-a açıqlamasında “Hudson” İnstitutunun aparıcı eksperti Mayk Doran deyib.
O bildirib ki, USAID artıq Amerikanın xarici siyasətinin bir qolu olmaqdan
çıxıb və
qlobal proqressiv hərəkatın alətinə
çevrilib. “Hesab edirəm ki, bu təşkilat həqiqətən də bir çox ölkələrin, o cümlədən
öz ölkəmizin
daxili siyasətinə
çox açıq
şəkildə müdaxilə
edir”, - deyə amerikalı ekspert əlavə edib.
Konqresin Demokratlar
Partiyasından olan təmsilçilərinin ABŞ Prezidenti Donald Trampın USAID-i bağlamağa
səlahiyyətlərinin çatmadığı
ilə bağlı fikirlərini şərh edən Mayk Doran bu baxımdan
məsələ ətrafında
böyük mübarizənin
gedəcəyinin gözlənildiyini
deyib.
“USAID qanunla yaradılmış bir təşkilatdır. Deməli, bunu yalnız prezidentin imzası ilə aradan qaldırmaq mümkün olmayacaq. Beləliklə, böyük mübarizə gedəcək. Bunun necə nəticələnəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma hesab edirəm ki, örtük götürülüb və biz hamımız indi USAID-i görürük və bilirik ki, ən azından onun həqiqətən də islahatlara ehtiyacı var”.
Azərbaycan.-2025.- 6 fevral (¹ 22).- S.6.