“Azərbaycan Respublikasının Ailə
Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində və
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi
barədə
¹ 20
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Ailə
Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində və
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli
Qanununun icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 3, maddə
209 (Cild I); 2024, ¹ 9, maddə
1061; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2024-cü il 29 dekabr tarixli 558 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti
aktlarının qeydiyyat
kitablarının formaları
və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 4 nömrəli əlavənin
10-1-ci hissəsi ləğv
edilsin;
1.2. 7 nömrəli əlavənin
sonuna aşağıdakı
məzmunda qeyd əlavə edilsin:
“Qeyd. Akt qeydinin 9-1-ci hissəsində
nəzərdə tutulan
məlumatlar yalnız
2025-ci il 1 iyuladək qeydə alınmış
nikahların pozulması
qeydə alınarkən
göstərilir.”.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003,
¹ 10, maddə 627 (Cild
I); 2024, ¹ 1, maddələr 110, 124, ¹ 9, maddələr 1061, 1067; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2024-cü il
24 dekabr tarixli 534 nömrəli və 29 dekabr tarixli 558 nömrəli, 2025-ci il 22 yanvar tarixli 12 nömrəli qərarları)
ilə təsdiq edilmiş “Vətəndaşlıq
vəziyyəti aktlarının
dövlət qeydiyyatı
Qaydası”nda aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 3.3-cü bənd üzrə:
2.1.1. birinci abzasa
“övladlığa götürülənlər
arasında” sözlərindən
sonra “, qardaşların
və (və ya) bacıların ümumi bioloji baba və (və
ya) nənəsi olan uşaqları arasında, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş
(bacı) oğlu arasında” sözləri əlavə edilsin;
2.1.2. aşağıdakı məzmunda üçüncü
abzas əlavə edilsin:
“Nikaha daxil olmaq istəyən şəxslər arasında bu bəndin birinci abzasında
Azərbaycan.-2025.- 6 fevral (¹ 26).- S.2.