Azərbaycanın
hökumət missiyası
Somalidə səfərdə
olub
Fevralın 4-5-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin
rəhbərliyi ilə
ölkəmizin hökumət
missiyası Azərbaycanla
Somali arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi, eləcə
də beynəlxalq təşkilatlar çərçivəsində
mövcud olan yüksəksəviyyəli əməkdaşlıq
münasibətlərinin davam
etdirilməsi məqsədilə
Somali Federativ Respublikasında səfərdə
olub.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki,
səfər zamanı
nümayəndə heyətinin
Somali Baş nazirinin müavini Salah Əhməd Cama, xarici işlər
və beynəlxalq əməkdaşlıq naziri
Əhməd Moallim Fiqi, neft və
mineral resurslar naziri Dahir Shire
Mohamed, müdafiə naziri Abdulkadir Mohamed Nur Jama,
planlaşdırma, investisiya
və iqtisadi inkişaf naziri Mohamud Beenebeene, təhsil, mədəniyyət
və ali təhsil naziri Farah Abdulkadir Mohamed, Milli İdentifikasiya və Qeydiyyat Qurumunun direktoru, həmçinin Balıqçılıq və
Mavi İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı və
Suvarma Nazirliyinin, Heyvandarlıq, Meşə
və Otlaq Təsərrüfatı Nazirliyinin
yüksəkvəzifəli şəxsləri ilə görüşləri keçirilib,
Türkiyə Maarif Fondunun Somali nümayəndəliyinə tanışlıq
ziyarəti təşkil
olunub.
Görüşlərdə ölkələrimiz arasında
son illər ərzində təmasların
intensiv hal aldığı və bunun əməkdaşlıq
perspektivlərinin müzakirəsində
faydalı rol oynadığı diqqətə
çatdırılıb. Həmçinin
bir sıra istiqamətlər, o cümlədən
neft və qaz, yaşıl enerji, kənd təsərrüfatı, balıqçılıq,
humanitar və təhsil sahələri üzrə əməkdaşlığın
inkişafı üçün
potensialın mövcud
olduğu və müvafiq sahələrdə
ikitərəfli hüquq-müqavilə
bazasının yaradılmasının
vacibliyi vurğulanıb.
Səfər çərçivəsində,
həmçinin Azərbaycanın
Xarici İşlər
Nazirliyi ilə Somalinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən
xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Somali tərəfindən isə xarici işlər və beynəlxalq əməkdaşlıq
üzrə dövlət
naziri Ali Mohamed Omar Balad
rəhbərlik edib. Siyasi məsləhətləşmələr
zamanı ikitərəfli
siyasi və iqtisadi məsələlər,
BMT, Qoşulmama Hərəkatı,
İƏT və digər
beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq məsələləri
müzakirə olunub.
Hökumət missiyasına Müdafiə, Müdafiə Sənayesi, Energetika, Elm və Təhsil, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri daxil olub.
Azərbaycan.-2025.- 6 fevral (№ 26).- S.3.