"Əmək pensiyaları haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Əmək
pensiyaları haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, № 3, maddə
208 (Cild I); 2024, № 2, maddə
137, № 5 (I kitab), maddələr
489, 491, № 6 (I kitab), maddə
644) 6-1-ci maddəsinin birinci
cümləsində "2023-cü il fevralın 1-dən
280" sözləri "2025-ci il fevralın 1-dən
320" sözləri ilə
əvəz edilsin.
Maddə 2. Bu Qanun 2025-ci il fevralın 1-dən tətbiq
edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 fevral 2025-ci il
Azərbaycan.-2025.- 7 fevral
(№ 27).- S.2.