Müstəqilliyimiz
əbədidir: Biz indi öz taleyimizin
sahibiyik
“Heydər Əliyev.
Müstəqilliyimiz əbədidir”
çoxcildliyinin təkrar
nəşrinin 3-cü kitabı
çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, təkrar
nəşrə Ulu Öndər Heydər Əliyevin müstəqil,
suveren Azərbaycan dövlətinin möhkəmlənib
inkişafına, torpaqlarımızın
işğaldan azad edilməsinə, respublikamızın
iqtisadi tərəqqisinə,
xalqımızın rifahı
naminə apardığı
islahatlara həsr olunmuş nitqlərinin, müsahibələrinin, bəyanatlarının
və müraciətlərinin
mətnləri, keçirdiyi
görüşlər haqqında
məlumatlar daxil edilib.
Kitabda yer alan materiallar 1994-cü il martın 9-dan avqustun 1-dək
olan dövrü əhatə edir. Müstəqilliyini yeni bərpa
etmiş Azərbaycan həmin dövrdə Ermənistanla müharibə
şəraitində idi.
Altı il idi ki, Qarabağ ərazisi Ermənistanın işğalı
altında idi. Ümummilli Lider cəbhəyanı bölgələrə
səfər edər, ictimaiyyət nümayəndələri
ilə, əsgər və zabitlərlə görüşər, səngərlərə
baxar, döyüş
imkanlarını yoxlayardı.
1994-cü il aprelin 9-da Ümummilli
Lider Heydər Əliyev Füzuli və Ağcabədi rayonlarında döyüşçülərlə,
Beyləqan rayonunda ictimaiyyət nümayəndələri
ilə görüşüb,
hərbçilərin müşavirəsində
nitq söyləyib.
Ulu Öndər hərbçilərin
müşavirəsində ordu
quruculuğu ilə bağlı görülən
işlərə nəzər
salıb, əsgər
və zabitlərin üzərinə düşən
vəzifələrdən danışaraq
deyib: “Müharibədə
kim güclüdürsə,
o, qalib gəlir. Güclü olmaq üçün Azərbaycanın
da imkanları çoxdur.
Bu imkanlardan indiyədək
lazımınca istifadə
olunmayıb. Son vaxtlar
ordu quruculuğu işi müvəffəqiyyətlə
davam edir, ordumuz formalaşır. Bu işdə zabitlərimizin
də, əsgərlərimizin
də üzərinə
mühüm vəzifələr
düşür. Sərəncamınızda
olan texnikanın bütün gücündən
istifadə etmək sizin borcunuzdur. Ancaq texnika onu
idarə edən adamlarsız elə bir şey deyil.
Mənə verilən
məlumata görə
siz bu texnikadan
istifadə etməyi bacarırsınız. Buna görə
çox sağ olun”.
Həmin il aprelin
10-da isə Ulu Öndər
Bərdə rayonunda ictimaiyyət nümayəndələri
ilə görüşüb.
Bu görüşdə Ümummilli
Lider Azərbaycan xalqının öz müstəqilliyini qoruyub saxlaması üçün
güclü ordusu olmasının vacibliyindən,
orduya diqqət və qayğı göstərməyin hər
bir vətəndaşın
şərəfli borcu
olmasından danışıb:
“Biz indi öz taleyimizin sahibiyik. Azərbaycan müstəqil
dövlətdir. Bu, tarixi
hadisədir. Azərbaycan
xalqı öz müstəqilliyini, milli azadlığını
qoruyub saxlamalıdır.
Bunun üçün də
Azərbaycanın güclü
ordusu olmalıdır.
Bu, həm işğal
olunmuş torpaqlarımızı
düşməndən təmizləmək,
həm də gələcəkdə müstəqil
Azərbaycanın etibarlı
müdafiəsini təmin
etmək üçün
gərəkdir. Ona görə
də orduya diqqət və qayğı göstərmək
hər bir vətəndaşın şərəfli
borcu olmalıdır. Mən sizi bu
borcu yerinə yetirməyə dəvət
edirəm”.
Ulu Öndər Heydər Əliyev işinin çox olmasına baxmayaraq gənc nəslin tərbiyəsini
daim diqqətdə saxlayır, müstəqil
Azərbaycanın gələcəyi
üçün bunun
vacibliyini vurğulayırdı.
1994-cü il avqustun 1-də respublikanın ali və orta ixtisas
məktəblərinə qəbulla
əlaqədar keçirilmiş
müşavirədə bu
barədə belə demişdi: “Biz bu günümüz, müstəqil
Azərbaycanın gələcəyi
haqqında düşünsək,
gənc nəslin tərbiyəsinə ciddi fikir versək, ən əvvəl ali təhsil almağa qadir, yəni buna öz biliyi, zəkası, fitri istedadı ilə layiq olan gənclərin ali məktəblərə
qəbul olunmasını
təmin etsək, onda gələcəyimiz üçün böyük
işlər görmüş
olarıq. Odur ki, mən bu məsələyə
xüsusi diqqət yetirirəm”. Həmin görüşdə dahi rəhbər xalqımızın
gələcəyi üçün
ziyalıların, alimlərin,
yüksək bilikli və təcrübəli insanların rolunu da vurğulayıb: “İndi biz müstəqil
dövlətik, öz
respublikamızın, öz
taleyimizin sahibiyik, xalqımızın bu günü və gələcəyi üçün
cavabdehik. Məhz biz cavabdehik. Biz deyəndə,
mən birinci növbədə, ziyalıları
nəzərdə tuturam.
Alimlərimiz, ali məktəblərimizdə çalışan
yüksəksəviyyəli, bilikli və zəngin təcrübəli
şəxsləri nəzərdə
tuturam. Bəli, biz hamımız Azərbaycanın
gələcəyi üçün
cavabdehik, gənc nəslin yetişməsi üçün cavabdehik”.
Bütün bu dəyərli fikirlərlə
çoxcildliyin 3-cü kitabında
tanış olmaq mümkündür. Kitabda
yer alan materiallar həmin dövrün hadisələri
haqqında geniş təsəvvür yaradır.
Kitabın buraxılışına
məsul “Azərnəşr”in
baş redaktoru Əlövsət Ağalarovdur.
Azərbaycan.-2025.- 7 fevral
(№ 27).- S.2.