XİN: Azərbaycanda
“Rus Evi”nin
fəaliyyətinə xitam
verilməsi barədə
Rusiya tərəfinə
nota göndərilib
Xarici İşlər
Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin
Rusiya Federasiyasının
“Rossotrudniçestvo” agentliyinin
Azərbaycan Respublikası
ərazisində fəaliyyətinə
xitam verilməsi ilə bağlı yerli mətbuatın sualını cavablandırıb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a verilən məlumata
görə, A.Hacızadə
bununla bağlı deyib: “Azərbaycan Respublikası ərazisində
bu kimi təşkilatların
fəaliyyəti milli qanunvericiliyə, ölkələr
arasında qarşılılıq
prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə
uyğun olaraq tənzimlənir.
“Rossotrudniçestvo”nun
Azərbaycandakı nümayəndəliyi
olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud
olmadığı və
təşkilatın Azərbaycan
qanunvericiliyini ciddi şəkildə pozduğu
barədə Rusiya tərəfinə məlumat
verildikdən sonra, fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə
xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.
Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir”.
Azərbaycan.-2025.- 7 fevral (¹ 27).- S.15.