2025-ci il yanvarın 29-da keçirilmiş
bələdiyyə seçkilərində
Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 26 saylı
müraciətə baxılmasına
dair Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 8/37
2025-ci il yanvarın
29-da keçirilmiş bələdiyyə
seçkilərində 82 saylı
İmişli-Saatlı seçki
dairəsindən Məzrəli-Qaradonlu
bələdiyyəsi üzrə
seçici Süleymanov
Qurban Museyib oğlu 2025-ci il fevralın 4-də Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət
edərək həmin
seçki dairəsinin
24, 25, 26, 27, 28 və 29 saylı
seçki məntəqələrində
səsvermə günü
qanun pozuntularının
baş verdiyini iddia etmiş və bununla bağlı müvafiq tədbirlər görülməsini
xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (bundan
sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
yaradılmış ekspert
qrupunun üzvü tərəfindən nəzərdən
keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən
keçirilərkən müəyyən
olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə
tutulmuş müddət
ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə
rəy vermişdir.
Seçki Məcəlləsinin
112.1-ci maddəsinə görə,
seçki subyektləri
vətəndaşların seçki
hüquqlarını pozan
qərar və hərəkətlərdən (hərəkətsizlikdən)
həmin qərarın
dərc edildiyi və ya alındığı,
hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən
başlayaraq 3 gün müddətində şikayət
edə bilər.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə əsasən
qərara alır:
1. 82 saylı İmişli-Saatlı
seçki dairəsindən
Məzrəli-Qaradonlu bələdiyyəsi
üzrə seçici
Süleymanov Qurban Museyib oğlunun 2025-ci il 4 fevral tarixli
26 saylı müraciəti
şikayətvermə müddətinin
ötürülməsi ilə
daxil olduğundan onu təqdim edən şəxsə geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
06.02.2025
Azərbaycan.-2025.-
7 fevral (№ 27).- S.13.