2025-ci il yanvarın 29-da keçirilmiş
bələdiyyə seçkilərində
Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 37 saylı
müraciətə baxılmasına
dair Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 8/41
2025-ci il yanvarın
29-da keçirilmiş bələdiyyə
seçkilərində 74 saylı
Masallı seçki dairəsindən Musakücə
bələdiyyəsi üzvlüyünə
qeydə alınmış
namizəd Həsənov
Ceyhun Soltanağa oğlu 2025-ci il fevralın 6-da Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət
edərək səsvermə
günü adıçəkilən
seçki dairəsinin
35 və 36 saylı seçki məntəqələrində qanun
pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını
və bununla bağlı müvafiq tədbirlərin görülməsini
xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (bundan
sonra - Seçki Məcəlləsi) 112-ci və
112-1-ci maddələrinin tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
fəaliyyət göstərən
ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilmiş,
bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Seçki Məcəlləsinin
tələbinə görə,
iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə
dairə seçki komissiyasının qəbul
etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən)
Mərkəzi Seçki
Komissiyasına şikayət
verilə bilər.
Seçki Məcəlləsinin
112-1.12-ci maddəsinə əsasən,
şikayət aidiyyət
qaydalarının pozulması
ilə daxil olmuşdursa, onda həmin şikayətin aidiyyəti üzrə göndərilməsinə dair
qərar qəbul edilməlidir.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə əsasən
qərara alır:
1. 2025-ci il yanvarın
29-da keçirilmiş bələdiyyə
seçkilərində 74 saylı
Masallı seçki dairəsindən Musakücə
bələdiyyəsi üzvlüyünə
qeydə alınmış
namizəd Həsənov
Ceyhun Soltanağa oğlunun 2025-ci il 6 fevral tarixli 37 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün
həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
06.02.2025
Azərbaycan.-2025.-
7 fevral (№ 27).- S.13.