2025-ci il yanvarın 29-da keçirilmiş
bələdiyyə seçkilərində
Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 30 saylı
müraciətə baxılmasına
dair Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 8/43
2025-ci il yanvarın
29-da keçirilmiş bələdiyyə
seçkilərində seçici Sultanov Müşfiq Məhəmməd oğlu
2025-ci il fevral 5-də
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək
səsvermə günü
113 saylı Qax-Şəki seçki dairəsinin 42 saylı seçki məntəqəsində
qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini
xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (bundan
sonra - Seçki Məcəlləsi) 112-ci və
112-1-ci maddələrinin tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
fəaliyyət göstərən
ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilmiş,
bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Seçki Məcəlləsinin
tələbinə görə,
iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə
dairə seçki komissiyasının qəbul
etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən)
Mərkəzi Seçki
Komissiyasına şikayət
verilə bilər.
Seçki Məcəlləsinin
112-1.12-ci maddəsinə əsasən,
şikayət aidiyyət
qaydalarının pozulması
ilə daxil olmuşdursa, onda həmin şikayətin aidiyyəti üzrə göndərilməsinə dair
qərar qəbul edilməlidir.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə əsasən
qərara alır:
1. 2025-ci il yanvarın
29-da keçirilmiş bələdiyyə
seçkilərində seçici
Sultanov Müşfiq Məhəmməd oğlunun
2025-ci il 5 fevral tarixli 30 saylı müraciəti aidiyyəti
üzrə araşdırılması
üçün 113 saylı
Qax-Şəki seçki
dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
06.02.2025
Azərbaycan.-2025.-
7 fevral (№ 27).- S.13.