2025-ci il yanvarın 29-da keçirilmiş
bələdiyyə seçkilərində
Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 29 saylı
müraciətə baxılmasına
dair Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 8/42
2025-ci il yanvarın
29-da keçirilmiş bələdiyyə
seçkilərində 72 saylı
Cəlilabad kənd seçki dairəsindən
Şiləvəngə bələdiyyəsi
üzvlüyünə qeydə
alınmış namizəd
Nuriyev İsrafil Ataş oğlu 2025-ci il fevralın 4-də teleqramla Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət
edərək dairə
seçki komissiyasının
2025-ci il 2 fevral tarixli 07/15 saylı qərarını mübahisələndirmiş
və bununla bağlı müvafiq tədbirlərin görülməsini
xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (bundan
sonra - Seçki Məcəlləsi) 112-ci və
112.1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
yaradılmış ekspert
qrupunun üzvü tərəfindən araşdırılaraq
bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komisisiyasının iclasında
baxılmışdır.
Ərizəçinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında
iştirak etmək huququ izah olunmuş,
lakin o, araşdırmada
və Komissiyanın iclasında iştirakdan imtina etmişdir.
72 saylı Cəlilabad
kənd seçki dairəsindən Şiləvəngə bələdiyyəsi
üzvlüyünə qeydə
alınmış namizəd
İ.A.Nuriyev müraciətində
səsvermə günü
həmin seçki dairəsi dairə seçki komissiyasının
28 saylı seçki məntəqəsində seçkinin
nəticələrinin saxtalaşdırıldığını
iddia etmişdir.
İddia edilən
pozuntu ilə əlaqədar olaraq qeydə alınmış
namizəd İ.A.Nuriyevin
şikayəti 72 saylı
Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyası tərəfindən
araşdırılmış, dairə seçki komissiyasının 2025-ci il
2 fevral 07/15 saylı qərarı ilə müraciət əsassız
hesab edilərək təmin olunmamışdır.
Araşdırma ilə
əlaqədar dairə
seçki komissiyasından
müvafiq sənədlər
alınaraq icraat materiallarına əlavə
edilmiş və təkrarən araşdırılmışdır.
Mərkəzi Seçki
Komissiyasında aparılmış
araşdırma zamanı
namizədin mübahisələndirdiyi
seçki məntəqəsi
üzrə müvafiq
seçki subyektlərindən,
o cümlədən səsvermə
günü həmin seçki məntəqəsində
səsvermə prosesini
müşahidə etmiş
müşahidəçilər, məntəqə seçki
komissiyasının sədri,
katibləri, üzvləri,
qeydə alınmış,
lakin seçilməmiş
namizədlər tərəfindən
verilmiş izahatlarda iddia edilən qanun pozuntusu öz təsdiqini tapmamışdır.
Araşdırma nəticəsində
müəyyən edilmişdir
ki, dairə seçki komissiyası qeydə alınmış
namizəd İ.A.Nuriyevin
şikayətini araşdırarkən
düzgün hüquqi
nəticəyə gəlmişdir.
Qeyd edilənlər
əsas götürülərək,
72 saylı Cəlilabad
kənd seçki dairəsindən Şiləvəngə
bələdiyyəsi üzvlüyünə
qeydə alınmış
namizəd Nuriyev İsrafil Ataş oğlunun müraciəti
əsassız olduğundan
təmin edilməməli
və dairə seçki komissiyasının
2025-ci il 2 fevral 07/15 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri
əsas götürərək,
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci,
112-ci və 112.1-ci maddələrinə
əsasən qərara
alır:
1. 72 saylı Cəlilabad
kənd seçki dairəsindən Şiləvəngə
bələdiyyəsi üzvlüyünə
qeydə alınmış
namizəd Nuriyev İsrafil Ataş oğlunun 2025-ci
il 4 fevral tarixli 29 saylı müraciəti əsassız
olduğundan təmin edilməsin, dairə seçki komissiyasının
2025-ci il 2 fevral 07/15 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
06.02.2025
Azərbaycan.-2025.-
7 fevral (№ 27).- S.14.