2025-ci il yanvarın 29-da keçirilmiş
bələdiyyə seçkilərində
Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 34 saylı
müraciətə baxılmasına
dair Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 8/45
2025-ci il yanvarın
29-da keçirilmiş bələdiyyə
seçkilərində 81 saylı
İmişli seçki
dairəsindən Qaralar
bələdiyyəsi üzvlüyünə
qeydə alınmış
namizədlər Məmmədov
Faiq Firidun oğlu, Hüseynov Rafiq Həsən oğlu və digərləri 5 fevral
2025-ci ildə Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı
müraciət edərək
həmin seçki dairəsi dairə seçki komissiyasının
3 fevral 2025-ci il tarixli 11/39 saylı Qərarını mübahisələndirərək,
seçki dairəsinin
Qaralar bələdiyyəsi
üzrə 38, 39, 40 və
41 saylı seçki məntəqələrində səsvermənin
nəticələrinin etibarsız
hesab olunmasını və bu barədə
qərar qəbul edilməsini xahiş etmişlər.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (bundan
sonra - Seçki Məcəlləsi) 112-ci və
112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən
araşdırılmış və bu barədə
müvafiq rəy verilərək Mərkəzi
Seçki Komissiyasının
iclasında baxılmışdır.
81 saylı İmişli
seçki dairəsindən
Qaralar bələdiyyəsi
üzvlüyünə qeydə
alınmış namizədlər
F.F.Məmmədov, R.H.Hüseynov
və başqaları
müraciətində səsvermə
günü həmin seçki dairəsi dairə seçki komissiyasının Qaralar bələdiyyəsinə seçki
keçirilən 38, 39, 40 və
41 saylı seçki məntəqələri üzrə
səsvermənin nəticələri
haqqında protokolların
tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini, həmin seçki məntəqələri
üzrə səsvermənin
nəticələrinin ləğv
edilməsini tələb
ediblər. Ərizəçilər
tərəfindən müraciətə
mübahisələndirilən seçki məntəqələri
üzrə elektron məlumat daşıyıcılarında
video və foto görüntülər
əlavə edilmişdir.
Araşdırma ilə
bağlı müraciət
etmiş namizədlərlə
əlaqə saxlanılıb,
araşdırma və
iclasda iştirak etmək, həmçinin digər hüquqlarının
olması izah edilmiş, F.F.Məmmədov,
R.H.Hüseynov və digərlərinin araşdırmada
və Mərkəzi Seçki Komissiyasının
iclasında iştirakı
təmin edilmişdir.
İddia edilən
pozuntularla əlaqədar
qeydə alınmış
namizədlər F.F.Məmmədov,
R.H.Hüseynov və digərlərinin şikayəti
81 saylı İmişli
seçki dairəsinin
dairə seçki komissiyası tərəfindən
araşdırılmış, dairə seçki komissiyasının 3 fevral
2025-ci il tarixli 11/39 saylı
qərarı ilə müraciət əsassız
hesab olunaraq təmin edilməmişdir.
Araşdırma ilə
əlaqədar dairə
seçki komissiyasından
müvafiq sənədlər
alınaraq icraat materiallarına əlavə
edilmiş və təkrarən araşdırılmışdır.
Müraciətin araşdırılması
ilkin icraat materiallarını və namizəd tərəfindən
təqdim olunan digər video, foto görüntüləri
əhatə etmişdir.
Mərkəzi Seçki
Komissiyasında aparılmış
geniş, tam, hərtərəfli, obyektiv
araşdırma zamanı
namizədlərin mübahisələndirdiyi
seçki məntəqələri
üzrə müvafiq
seçki subyektlərindən,
o cümlədən səsvermə
günü həmin seçki məntəqələrində
səsvermə prosesini
müşahidə etmiş
müşahidəçilər, məntəqə seçki
komissiyalarının sədrləri,
katibləri, üzvləri,
qeydə alınan digər namizədlər (sözügedən bələdiyyə
üzrə liderlər
siyahısında olmayan)
tərəfindən verilən
izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.
Təqdim edilmiş video və foto
görüntülərin araşdırılması
zamanı seçki məntəqələrində seçicilərin
iradəsini müəyyənləşdirməyə
imkan verməyən pozuntular müşahidə
edilməmişdir.
Araşdırmanın
tərkib hissəsi kimi 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasından
mübahisələndirilən məntəqə seçki
komissiyalarının səsvermənin
nəticələrinə dair
protokolları alınaraq
icraat materiallarına əlavə edilib və araşdırılıb.
81 saylı İmişli
seçki dairəsi dairə seçki komissiyasının Qaralar bələdiyyəsi üzrə
seçkilərin yekunlarına
dair protokolu və 38, 39, 40 və 41 saylı seçki məntəqələri məntəqə
seçki komissiyalarının
səsvermənin nəticələrinə
dair protokollarında seçicilərin iradəsini
müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar aşkar edilməmişdir.
Bundan əlavə
nəticələri mübahisələndirilən
39 saylı seçki məntəqəsində 21 yanvar
2025-ci il tarixli 4/13 saylı "2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə
seçkilərində seçki
məntəqələrində veb-kameraların quraşdırılması
barədə Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
Qərarına" əsasən
veb-kamera quraşdırılıb.
İcraatın tərkib
hissəsi olaraq veb-kamera görüntülərinə
baxış keçirilib
və hər hansı qanun pozuntusu müşahidə
edilməmişdir.
Aparılmış icraatla
müəyyən edilmişdir
ki, 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyası mövcud qərarla düzgün hüquqi nəticəyə gəlmiş,
namizədlərin səsvermə
günü baş verdiyi ehtimal edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə
qanunla nəzərdə
tutulmuş qaydada və müddətdə baxmış, o cümlədən
maddi və prosesual huquq normalarını düzgün
tətbiq etməklə
əsaslandırılmış qərar qəbul etmişdir.
Beləliklə, Qaralar
bələdiyyəsi üzvlüyünə
qeydə alınmış
namizədlər F.F.Məmmədov,
R.H.Hüseynov və digərlərinin müraciəti
əsassız olduğundan
təmin edilməməli
və 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının
3 fevral 2025-ci il tarixli 11/39 saylı qərarı dəyişdirilmədən
saxlanılmalıdır.
Yuxarıda göstərilənləri
əsas götürərək,
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 112-ci və 112-1-ci maddələrinə əsasən
qərara alır:
1. 2025-ci il yanvarın
29-da keçirilmiş bələdiyyə
seçkilərində 81 saylı
İmişli seçki
dairəsində Qaralar
bələdiyyəsi üzvlüyünə
qeydə alınmış
namizədlər Məmmədov
Faiq Firidun oğlu, Hüseynov Rafiq Həsən oğlu və digərlərinin 5 fevral
2025-ci il tarixli 34 saylı müraciəti əsassız olduğundan
təmin edilməsin, dairə seçki komissiyasının 3 fevral
2025-ci il tarixli 11/39 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
06.02.2025
Azərbaycan.-2025.-
7 fevral (№ 27).- S.14.