2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 33 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 8/44

 

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 69 saylı Biləsuvar kənd seçki dairəsindən Nərimankənd bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Həsənov Hidayət Ədalət oğlunun müraciəti 2025-ci il fevralın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) ünvanlanmış, müraciətdə səsvermə günü adıçəkilən seçki dairəsinin 28, 29, 30 32 saylı seçki məntəqələrində qanun pozuntularına yol verildiyi iddia edilmiş, bu pozuntuların araşdırılmasını bununla bağlı müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş Komissiyanın iclasında baxılmışdır.

Seçki Məcəlləsinin tələbinə görə, iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən, şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin şikayətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü 28.2-ci, 112-ci 112-1-ci maddələrinə əsasən qərara   alır:

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 69 saylı Biləsuvar kənd seçki dairəsindən Nərimankənd bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Həsənov Hidayət Ədalət oğlunun 2025-ci il 5 fevral tarixli 33 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr  Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

06.02.2025

Azərbaycan.-2025.- 7 fevral (№ 27).- S.14.