Azərbaycanla Sudan daim bir-birnin
ərazi bütövlüyünü
və suverenliyini dəstəkləyir
Prezident İlham Əliyev Sudanın ölkəmizdə
yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Ənəs Eltayeb Elqaylani Mustafanın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir
etimadnaməsini dövlətimizin
başçısına təqdim
etdi.
Prezident İlham
Əliyev səfirlə
söhbət etdi.
Dövlətimizin başçısı
Azərbaycanla Sudanın
daim bir-birinin ərazi bütövlüyünü
və suverenliyini dəstəklədiyini, Birləşmiş
Millətlər Təşkilatında
(BMT), İslam Əməkdaşlıq
Təşkilatında (İƏT), Qoşulmama Hərəkatında
və digər beynəlxalq təşkilatlarda
ölkələrimizin uğurlu
əməkdaşlığını vurğuladı.
Prezident İlham
Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri
ilə Qoşulmama Hərəkatının Bakıda
keçirilmiş Zirvə
toplantısı və
Antalya Diplomatiya Forumu çərçivəsində
görüşlərini, ikitərəfli
əlaqələrin inkişafına
dair müzakirələri
məmnunluqla xatırladı.
Səfir Sudan Respublikasının Suveren
Keçid Şurasının
Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana çatdırmağı
xahiş etdi.
Səfir Azərbaycanın
Sudanın ərazi bütövlüyünə, suverenliyinə
və siyasi birliyinə göstərdiyi
dəstəyinə görə
minnətdarlığını bildirdi. O, iki ölkənin dövlət
başçılarının tapşırıqlarına uyğun
olaraq ikitərəfli
əlaqələrin inkişaf
etdirilməsi üçün
Sudan tərəfindən
işçi qrupunun yaradıldığını vurğuladı.
Ənəs Eltayeb Elqaylani Mustafa sudanlı tələbələrə ölkəmiz tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlığını bildirərək, bu təqaüdlərin artırılmasını xahiş etdi.
Azərbaycan.-2025.- 26 iyul (№ 131).- S.2.