Azərbaycanla Polşa arasında bir çox istiqamətdə əməkdaşlığı
genişləndirmək üçün
böyük potensial var
Prezident İlham Əliyev Polşanın ölkəmizdə
yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikasının
ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Pavel Radomskinin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir
etimadnaməsini dövlətimizin
başçısına təqdim
etdi.
Prezident İlham
Əliyev səfirlə
söhbət etdi.
Dövlətimizin başçısı
Azərbaycanla Polşa
arasında bir çox istiqamətdə əməkdaşlığı genişləndirmək üçün
böyük potensialın
olduğunu vurğuladı,
siyasi və iqtisadi sahədə əlaqələrimizin inkişafından
məmnunluğunu bildirdi.
Prezident İlham
Əliyev Polşanın
Avropa İttifaqının
üzvü olduğunu
deyərək, Azərbaycan-Avropa
İttifaqı əməkdaşlığı
istiqamətində də
ölkələrimiz arasında
qarşılıqlı fəaliyyətin
önəminə toxundu.
Dövlətimizin başçısı
son dövrlərdə
Azərbaycan ilə Avropa İttifaqı arasında yüksəksəviyyəli
təmasların ikitərəfli
münasibətlərdə yeni səhifənin açılmasına şərait
yaratdığını qeyd
etdi.
Səfir Polşa
Respublikasının Prezidenti
Andjey Dudanın salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Andjey Dudaya çatdırmağı
xahiş etdi.
Pavel Radomski Bakının inkişafının
şahidi olduğunu deyərək, işğaldan
azad edilmiş torpaqlarımıza səfər
etdiyini bildirdi və orada aparılan
genişmiqyaslı quruculuq
işlərinin, həmçinin
həmin ərazilərin
təbiətinin onda dərin təəssürat
hissi yaratdığını
vurğuladı.
Söhbət zamanı
münasibətlərimizin genişləndirilməsində
iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası
Komissiyanın və parlamentlərarası əlaqələr
üzrə işçi
qruplarının fəaliyyətinin
əhəmiyyəti qeyd
edildi.
Görüşdə iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2025.- 26 iyul (№ 131).- S.2.