F.F.Məmmədovun
“Şərəf” ordeni
ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının
ədliyyə və məhkəmə orqanlarında
uzunmüddətli səmərəli
fəaliyyətinə görə
Fikrət Fərrux oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 iyun 2025-ci il
Azərbaycan.-2025.- 1 iyul
(¹ 131).- S.2.