Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gedib

 

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti iyunun 30-da Özbəkistan Respublikasına işgüzar səfərə gedib.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanı Ürgənc şəhərinin beynəlxalq hava limanında Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Xivə şəhərində keçiriləcək Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda iştirak edəcək.

 

Azərbaycan.-2025.- 1 iyul (№ 131).- S.3.