Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin
edilməsi, hesablanması,
yenidən hesablanması,
bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda
dəyişiklik edilməsi
və “Mülki aviasiya uçuş və uçuş-sınaq
heyətində işləyənlərin
sığorta stajlarının
hesablanması Qaydaları”nın
təsdiq edilməsi haqqında” 2006-cı il 26
oktyabr tarixli 231 nömrəli Qərarının
ləğv edilməsi
barədə
¹ 190
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2025-ci il 16 may tarixli 198-VIIQD nömrəli
Qanununun icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2022, ¹ 4, maddə
421 (Cild I); 2024, ¹ 1, maddə
98, ¹ 3, maddə 301, ¹ 7, maddə
892, ¹ 10, maddə 1160, ¹ 11, maddə
1247; 2025, ¹ 2, maddə 200) ilə
təsdiq edilmiş “Əmək pensiyalarının
təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi
və ödənilməsi
Qaydası”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 4.2-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“4.2. Qanunun 9.3-cü və 22.3-cü maddələrinə
uyğun olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində
işləyən və
güzəştli şərtlərlə
pensiya almaq hüququ olan şəxslərin sığorta
stajı aşağıdakılar
nəzərə alınmaqla
hesablanır:
4.2.1. təyyarədə çalışan sıravi
heyət üzvləri,
avia-kimyəvi işlərdə,
aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi
zondla tədqiqetmə
zamanı və digər xüsusi xarakterli iş növlərində helikopterlərin
sıravi heyət üzvləri, habelə komanda-uçuş, inspektor,
təlimatçı heyətlərinin
bu Qaydanın 5.12-ci bəndində göstərilən
üzvləri üçün
ümumi sığorta
stajı – uçuş
işinin bütün
dövrü ərzində
faktiki uçuş saatı 18-ə, alınan
nəticə isə
12 aya bölünməklə;
4.2.2. hava gəmiləri
uçuş heyətinin
qəza-xilasetmə (axtarış-xilasetmə)
bölmələrinin tərkibində
– işlədiyi hər
bir ilə görə il yarım sığorta stajı;
4.2.3. Azərbaycan Respublikasının
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində
“Hərbi Vətənpərvərlik
və Mütəxəssis
Hazırlığı Mərkəzi”
Məhdud Məsuliyyətli
Cəmiyyət ləğv
edilənədək həmin
qurumun idman aviasiya təşkilatlarının
uçuş heyəti
vəzifələrində – bir il işə
görə il yarım sığorta stajı, bu şərtlə ki, onlar uçuş hazırlığının tədris
planını yerinə
yetirmiş olsunlar. Bir il ərzində
mürəkkəb və
ya ali pilotaj
elementlərinin yerinə
yetirilməsinə görə
– iki il sığorta stajı;
4.2.4. paraşütçü bölmələrinin rəhbərləri,
paraşütçülər, xilasedici paraşütçülər,
axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə
helikopterdən asılan
xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan,
ştatda olan və ştatdankənar paraşüt-desant qruplarının
bir illik işinə görə il yarım sığorta
stajı, bu şərtlə ki, onlar porşenli təyyarələrdən, helikopterlərdən,
ən azı 10 metr hündürlükdə
olan helikopterlərdən
xüsusi enən (qalxan) qurğulardan illik tullanma normasını yerinə yetirmiş olsunlar. Reaktiv təyyarə və helikopterlərdən
illik tullanma norması bir il ərzində yerinə yetirildikdə isə iki il
sığorta stajı;
4.2.5. imtiyazlı sığorta
stajının hesablanması
şərtləri yerinə
yetirilmədikdə bu
Qaydanın 4.2.3-cü və
4.2.4-cü yarımbəndlərinə uyğun olaraq bir illik işə
görə – bir il sığorta stajı;
4.2.6. Silahlı qüvvələrin
uçuş heyəti
vəzifələrində və
uçuş-sınaq heyətində
xidmət müddəti
(müvafiq olaraq hərbi qulluqçular və uçuş-sınaq
heyəti üçün
müəyyən edilmiş
qaydada);
4.2.7. məcburi dövlət
sosial sığorta haqları ödənilməklə
xarici mülki aviasiyanın uçuş
heyəti vəzifələrində
xaricdəki iş müddəti (müvafiq uçuş işləri
üçün bu Qaydanın 4.2.1 – 4.2.4-cü yarımbəndləri
ilə müəyyən
edilmiş qaydada);
4.2.8. ali və
orta aviasiya tədris müəssisələrinin
əyani şöbələrindəki
təhsil müddəti
(faktiki davamiyyət üzrə).”.
1.2. aşağıdakı məzmunda 5.12-ci bənd əlavə edilsin:
“5.12. Qanunun 9.3-cü maddəsinə uyğun olaraq mülki aviasiyanın uçuş
və uçuş-sınaq
heyətində işləyən
şəxslər – hava
gəmisinin və digər uçuş aparatlarının heyət
üzvləri (kapitan,
ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan,
böyük təlimatçı
pilot, təlimatçı
pilot, təlimatçı
naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı
bortmexanik, təlimatçı
bortradist), komanda-uçuş
heyəti, müvafiq qanunvericiliyə uyğun yaradılmış hüquqi
şəxslərin və
onların struktur bölmələrinin tərkibində
uçuş zamanı
hava gəmilərinin uçuş heyətinin və ya digər
uçuş aparatlarının
heyətlərinin hazırlığını,
onlara rəhbərliyi,
nəzarəti və müfəttiş yoxlamasını
həyata keçirən
inspektorlar, paraşütçü
bölmələrinin rəhbərləri,
paraşütçülər, xilasedici paraşütçülər,
axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə
helikopterdən asılan
xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan,
ştatda olan və ştatdankənar paraşüt-desant qruplarının
üzvləri güzəştli
şərtlərlə pensiya
almaq hüququna malikdirlər.”.
2. “Mülki aviasiya
uçuş və uçuş-sınaq heyətində
işləyənlərin sığorta
stajlarının hesablanması
Qaydaları”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu 2006, ¹ 10, maddə
907 (Cild I); 2024 ¹ 2, maddə
233; 2025, ¹ 2, maddə 187) ləğv
edilsin.
3. Mülki aviasiya
uçuş və uçuş-sınaq heyətində
işləyən şəxslərə
güzəştli şərtlərlə
yaşa görə əmək pensiyasının
təyin edilməsi və ya yenidən
hesablanması zamanı
bu Qərarın qüvvəyə mindiyi tarixədək olan dövr üçün sığorta stajının
hesablanmasına münasibətdə
həmin tarixədək
qüvvədə olmuş
“Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində
işləyənlərin sığorta
stajlarının hesablanması
Qaydaları”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı tətbiq edilir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 30 ” “ iyun ” 2025-ci il
Azərbaycan.-2025.-
1 iyul (¹ 131).- S.3.