Azərbaycan müstəqil
dövlət olaraq bütün qərarları
özü verir, qətiyyətli siyasəti
ilə milli maraqlarına təhdid olan istənilən gücə qarşı layiqli şəkildə mübarizə aparır. Buna görədir ki, Cənubi Qafqaz bölgəsi ilə bağlı çirkin maraqları olan dairələrin ölkəmizə qarşı
apardıqları kampaniyalar,
müxtəlif yollarla
həyata keçirmək
istədikləri təzyiq
cəhdləri hər
zaman iflasa məhkum olub və bu gün
də belədir.
Azərbaycanın yaratdığı
reallıq
Azərbaycanın iradəsinə
heç kimin təsir edə bilmədiyinə hələ
44 günlük Vətən
müharibəsi dövründə,
eləcə də
2023-cü ildə keçirilmiş
23 saatlıq antiterror tədbirləri zamanı bütün dünya şahid oldu. Hər kəs gördü ki, tarixə, haqq-ədalətə,
beynəlxalq hüquqa əsaslanan
milli hədəflərinə
uzanan yolda Azərbaycana heç kim maneə yarada bilməz. Həmin dövrdə ölkəmizlə təhdid,
diktat dili ilə danışan, təzyiq göstərmək
istəyən xarici güclər bütün
bunların heç bir nəticəsi olmadığını əyani
şəkildə gördülər.
Azərbaycana qarşı
qeyri-dost hərəkət
sərgiləyənlərin, düşmən mövqedə
dayananların, təcavüzkara
dəstək verənlərin
mənfur səylərinə
baxmayaraq, torpaqlarımız
işğaldan azad edildi, bayrağımız
bütün sərhədlərimiz
boyu dalğalandırıldı,
suverenliyimiz təmin olundu, Konstitusiyamız bütün ərazilərimizdə
hüquqi qüvvəyə
mindi. Onilliklər boyu təcavüzkar Ermənistanın və ona havadarlıq edən xarici qüvvələrin Qarabağ
və Şərqi Zəngəzurda yaratdıqları
"boz zona" ləğv edildi. Qarabağda separatizmin məhv edilməsi ilə Rusiya sülhməramlılarının fəaliyyətinə də
bölgədə ehtiyac
qalmadı və onlar vaxtından əvvəl Azərbaycan ərazilərini tərk etdilər. Ardınca Qazax rayonunun 4 kəndi azad edildi ki, bütün
bunlar Prezident İlham Əliyevin ötən illərdə qətiyyətlə həyata
keçirdiyi uzaqgörən
siyasətin məntiqi
nəticələri kimi
xarakterizə olunmalıdır.
Azərbaycanın son
beş ildə qazandığı silsilə
qələbələr ümumilikdə
bölgə üçün
yeni reallıqlar yaradılıb. Ən əsası regionda dayanıqlı sülh üçün mühüm
zəmin formalaşdırılıb,
birmənalı şəkildə
ölkəmiz bölgədə
təhlükəsizliyin qarantına
çevrilib. Regionu xarici qüvvələrin bitməyən münaqişə
mərkəzinə çevirmək
kimi çirkin planlarından xilas edən Azərbaycanın yaratdığı yeni reallıqları gücündən,
mövqeyindən asılı
olmayaraq, dünyanın
istənilən ölkəsinin
qəbul etmək məcburiyyətində olduğu
da bir gerçəklikdir.
Düşünülmüş siyasətin nəticəsi
Təsadüfi deyil
ki, Azərbaycan nəinki Cənubi Qafqazın lideri, eyni zamanda beynəlxalq
arenada aktiv rol oynayan qüdrətli
ölkə nüfuzuna
sahibdir. Prezident İlham Əliyevin həyata keçirdiyi məharətli diplomatik siyasətin sayəsindədir
ki, əksər ölkələr Azərbaycanla
tərəfdaş olmağa,
əlaqələr yaratmağa
can atırlar. Etibarlı, güvənilən
ölkə olaraq verdiyi bütün sözləri, vədləri
məsuliyyətlə gerçəkləşdirən
Azərbaycan dünyanın
enerji, nəqliyyat qovşağına çevrilib.
Avropanın enerji təhlükəsizliyində mühüm
rol oynayan, dünya nəhəngləri
olan ABŞ, Çin kimi ölkələrlə
hərtərəfli əlaqələrin
inkişafına maraq göstərən ölkəmiz
həm də balanslaşdırılmış siyasəti, beynəlxalq problemlərin həllində
aparıcı güc mərkəzi rolunu oynaması ilə diqqət çəkir.
Cənubi Qafqazda,
eləcə də dünyada baş verən geosiyasi prosesləri dərindən
analiz edən Prezident İlham Əliyevin verdiyi qərarların, atdığı
düzgün addımların nəticəsində
Azərbaycan yer üzünün dörd bir yanında, o cümlədən sərhədlərimizin
bir addımlığında
baş verən münaqişələrin, müharibələrin
fonunda təhlükəsizlik
ünvanı kimi ön plana çıxır.
Bu il iyunun 24-də Mingəçevirdə
"8 Noyabr" Elektrik
Stansiyasının açılış
mərasimində Prezident
İlham Əliyev məhz bu məqama
toxunmuşdu: " ...Reallıq
budur ki, bu gün bizim
ölkəmiz sabitlik,
inkişaf, tərəqqi
məkanı kimi dünya miqyasında tanınır və bu adı biz
öz əməyimizlə,
zəhmətimizlə, düşünülmüş
siyasətlə qazanmışıq".
Tolerant, multikultural
ölkə olan Azərbaycanda millətindən,
dilindən, dinindən
asılı olmayaraq, bütün insanlar dostluq, mehribanlıq şəraitində, harmoniya
içərisində və
həmrəy şəkildə
yaşayırlar. Buna görədir ki, ölkəmiz sivilizasiyalararası
dialoqların baş tutduğu unikal ünvan kimi də beynəlxalq səviyyədə tanınır
və rəğbət
görür. Ancaq təəssüf ki, yaxın günlərdə
Rusiyada azərbaycanlılara
qarşı etnik zəmində törədilən
cinayət əməllərinin
timsalında bu cür dözümlülük
mühitini bir çox ölkələrdə
görmürük. Rusiya
da daxil olmaqla, islamofobiyanın, türkofobiyanın, azərbaycanofobiyanın,
şovinizmin hökm sürdüyü ölkələrdə
həmvətənlərimizə qarşı bu cür diskriminasiya halları ilə rastlaşırıq. Hər
kəsə aydındır
ki, həmin ölkələr həmvətənlərimizi
hədəf seçməklə
ölkəmizə qarşı
hansısa təzyiqləri
həyata keçirmək
istəyirlər.
Ancaq yuxarıda
da vurğuladığımız
kimi, bütün bunlar heç bir nəticəsi olmayan çirkin fəaliyyət, insanlığa
sığışmayan hərəkətlərdir.
Azərbaycan müstəqil
siyasət yürüdən
güclü dövlətdir
və xalqına, milli maraqlarına qarşı təhdidlərə
heç zaman boyun əymir. Adekvat cavabları ilə qeyri-dostluq, qeyri-səmimilik, düşmənçilik
sərgiləyən istənilən
gücləri də yerlərində otuzdurmağı
bacarır.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2025.-
1 iyul (№ 131).- S.6.