Kəngərlinin hazırda 1000 sakini var

 

Böyük qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə əhalinin mərhələli şəkildə köçürülməsi davam edir. Bu proses təkcə əhalinin məskunlaşması deyil, həm bölgənin sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Qarabağ Şərqi Zəngəzurda keçirilən tədbirlər, bərpaolunan tarixi abidələr, qurulan sənaye zonaları Azərbaycanın əzəli torpaqlarında sürətli dirçəlişin göstəricisidir.

Zəfərdən dərhal sonra Qarabağ Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işlərinə başlanılıb, qısa müddət ərzində infrastruktur qurulub, yollar çəkilib, məktəb xəstəxanalar inşa edilib, enerji su təchizatı sistemləri yaradılıb, əhalinin rahat təhlükəsiz şəkildə məskunlaşması üçün "ağıllı" kənd "ağıllı" şəhər layihələri tətbiq olunub. Bir sözlə, bu torpaqlara yeni nəfəs gəlib. Reallaşdırılan layihələr əhalinin sosial rifahını yüksəltməklə yanaşı, ətraf mühitin qorunmasını da təmin edir. Köçürülən ailələrə məşğulluq imkanları yaradılır, əkinçilik, heyvandarlıq, kiçik orta biznesin inkişafı üçün dəstək göstərilir, təlim proqramları həyata keçirilir.

Hazırda Qarabağda Şərqi Zəngəzurda, 15300 nəfər (3839 ailə) əzəli torpağına qovuşub. Bölgədə keçmiş məcburi köçkünlərlə yanaşı, aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Dünən daha bir köç karvanı doğma yurduna qovuşub. Bu mərhələdə Ağdam rayonunun Kəngərli kəndinə 37 ailə - 153 nəfər köçürülüb. Bununla da kənd sakinlərinin sayı 1000 nəfərə çatıb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Erməni vandalizminin canlı şahidi olmuş Kəngərli kəndi otuz ilə yaxın müddət ərzində tamamilə viran edilmişdi. Bu gün Kəngərli müasir standartlara cavab verən, bütün infrastruktura malik yeni yaşayış məskənidir. Kəndin bərpa işlərinin təməli 2022-ci il oktyabrın 4-də dövlət başçısı tərəfindən qoyulub. Birinci mərhələsinin açılışı bu il mayın 10-da gerçəkləşən Kəngərliyə ilkin dövrdə 1279 nəfərin köçürülməsi planlaşdırılır. Ümumilikdə isə kənd 2544 nəfərin yaşayışı üçün nəzərdə tutulub. Əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur.

Bütün zəruri kommunal xidmətlərlə təchiz olunan evlər hər bir ailənin ehtiyacları nəzərə alınaraq tikilib. İki, üç, dörd hətta beşotaqlı evlər, ailələrin say tərkibinə uyğun şəkildə inşa edilib. Hər bir evin on iki sotluq geniş həyətyanı torpaq sahəsinin olması sakinlərin həm öz ehtiyaclarını ödəməsinə, həm kənd təsərrüfatı ilə məşğul olmalarına imkan yaradır. Bu, məşğulluğun təmin edilməsinə, bölgənin aqrar potensialının inkişafına xidmət edir.

Kənddaxili yollar asfaltla örtülüb, yüksəksürətli internet rabitə xətləri çəkilib. Eyni zamanda Kəngərli Xıdırlı kəndlərinin xarici su təchizatı kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində ərazidə 3 kilometr magistral su 2,1 kilometr kanalizasiya kollektor xəttinin çəkilişi başa çatdırılıb. Hazırda Kəngərli kəndində 3 kilometr magistral su 5,73 kilometr kanalizasiya kollektor xətlərinin, eləcə 1 kanalizasiya nasos stansiyasının tikintisi davam etdirilir. Bütün bunlar kənd sakinlərinin rahat firavan yaşaması üçündür.

Böyük qayıdış proqramının əsas tərkib hissəsindən biri sosial infrastrukturun yaradılması qayıdan əhalinin davamlı məşğulluğunun təmin olunmasıdır. Kəngərli kəndində bu məsələlərə xüsusi diqqət yetirilib. Burada sakinlərin sosial, mədəni təhsil ehtiyaclarını qarşılayacaq kompleks mühit formalaşdırılıb. Kənddə 484 şagirdin təhsil alması üçün nəzərdə tutulmuş müasir şəraitli geniş məktəb binası inşa edilib. 120 yerlik körpələr evi-uşaq bağçası da sakinlərin ixtiyarına verilib. Klub-icma mərkəzi isə kənd sakinlərinin asudə vaxtının səmərəli təşkili, müxtəlif mədəni-kütləvi tədbirlərin, bayram şənliklərinin keçirilməsi, dərnəklərin fəaliyyəti üçün nəzərdə tutulub.

Qarabağ Şərqi Zəngəzurda həyata keçirilən hər bir layihə ölkəmizin gələcək inkişafı üçün mühüm zəmin yaradır. Böyük qayıdış Azərbaycanın gücünü, iradəsini qarşıya qoyduğu hədəflərə çatmaq əzmində olduğunu bir daha sübut edir.

 

Ülkər XASPOLADOVA,

Azərbayca.-2025.- 1 iyul (№ 131).- S.6.