Ağdam sakini: Ağdamda oxumaq, çalışmaq orada gələcəyimi qurmaq istəyirəm

 

Ağdamda oxumaq, çalışmaq gələcəyimi orada qurmaq istəyirəm. Həmişə istəmişəm ki, öz doğma torpağımızda yaşayım, məktəbə orada gedim.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdam rayonunun Kəngərli kəndinə köç edən azyaşlı Məmmədli Rüqəyya deyib.

O bildirib ki, Kəngərlini görməyib, amma qəlbi orada yaşamaq həvəsi ilə doludur: “Böyüklər tez-tez Ağdamdan danışırlar. Mən o yerləri görmək istəyirəm. Deyirlər çox gözəldir, təbiəti, havası başqadır. İndi isə artıq orada oxumaq imkanım olacaq. Həyəcanlıyam çox sevinirəm”.

R.Məmmədli deyib ki, dərslərində yaxşı oxumağa, savadlı vətəndaş olmağa çalışacaq: “Mən çalışacağam ki, yaxşı təhsil alım gələcəkdə elə Ağdamda işləyim, insanlara xidmət edim”.

O, həmçinin şəhidlərimizə rəhmət diləyib, qazilərə cansağlığı arzu edib.

 

Azərbaycan.-2025.- 1 iyul (№ 131).- S.6.