Keçmiş
məcburi köçkün:
Doğma yurda qayıtmaq xoşbəxtlikdir
“Doğma yurda qayıtmaq, illərlə həsrətini çəkdiyim
torpaqlara ayaq basmaq mənim üçün böyük
xoşbəxtlikdir. Daha
da sevindirici hal odur ki,
orada sakinlər üçün yüksək
səviyyədə şərait
yaradılıb. Dövlətimizin
diqqəti və qayğısı hər yerdə hiss olunur”.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Ağdam
rayonunun Kəngərli
kəndinə köç
edən keçmiş
məcburi köçkün
Allahverdi Rüstəmov
deyib.
O bildirib ki, kənddə qurulan yeni evlər, infrastruktur, məktəb və digər sosial obyektlər sakinlərin rahat yaşayışı üçün
yaxşı imkan yaradır: “Kəndimizə
getmişəm, həm
özüm görmüşəm,
həm də qohumlardan eşidirəm – hər şey çox yaxşıdır.
Evlər tam təmirli və rahatdır. Su, işıq, yol var. Hər şey
üçün minnətdarıq.
Bu torpaqlara qayıtmaq arzusu ilə illər keçdi, bu gün isə artıq reallıqdır”.
Allahverdi Rüstəmov göstərilən yüksək diqqətə görə minnətdarlıq edib: “Ali Baş Komandanımıza, Ordumuza, şəhidlərimizə və qazilərimizə sonsuz təşəkkür edirəm. Onların sayəsində həsrətimizə son qoyuldu”.
Azərbaycan.-2025.- 1 iyul (¹ 131).- S.6.