Yekaterinburq vəhşiliyi

 

Diskriminasiya, dözümsüzlük, milli irqi zəmində olan ayrı-seçkilik

 

Beynəlxalq nizamı yerindən oynadan Ukrayna-Rusiya müharibəsində qalib məğlub tərəf konkret formada görünməsə , demək olar ki, Qərbə hərtərəfli məğlub olan Rusiya düşdüyü bataqlıqdan çıxa bilmədiyi üçün çirkabı fərqli regionlara yaymağa çalışır. Buna görədir ki, yeni cinahlar yaradaraq, yeni düşmən axtarışına başlayıb.

Milli Məclisin deputatı Azər Badamov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, özlərini əlçatmaz gözəgörünməz hesab edən bəzi şəxslər sanki bütün cahana cəbhə açaraq yeni müzakirə predmeti ovuna çıxıb, onu fasiləsiz sirkulyasiya etdirmək üçün addımlar atır, açıqlamalar verirlər. Ondan başlayaq ki, miqrantlara qarşı olan münasibət yeni deyil. Məsələn, 2011-ci ildən İstintaq Komitəsinə rəhbərlik edən Aleksandr Bastrıkin dəfələrlə miqrantlara qarşı çıxışlar edib miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini istəyib.

"Komitə rəhbəri sözügedən mövzu ilə bağlı Rusiya hakimiyyətinin Moskva yaxınlığındakı Crocus City Hall-da baş verən hadisədən sonra Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı kampaniya fonunda əsassız açıqlamalar vermişdi.

Deputat qeyd edib ki, bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı kiberhücum təşkil olunması bunun arxasında Rusiyanın dayanması ilə bağlı Milli Məclisin komissiyasının hesabatı göstərdi ki, media resurslarımız ən sərt kiberhücumlara məruz qalıb. Hücumlar konkret faktlarla sübut olundu. Hətta bu hücumlarda Rusiyanın xüsusi xidmət orqanları tərəfindən geniş istifadə olunan "saxta bayraq" (false flag) əməliyyatlarının da tətbiq edildiyi məlum oldu. Solovyov kimi ünsürlərin əli ilə guya "Artsax" ifadəsinin mövcud olmadığını bilmirmiş kimi bu ifadənin bilə-bilə, üzərinə basa-basa səsləndirilməsi, xalqımızın təhqir olunması mərkəzdən təlimat alan bu şəxsin onun kimilərin əli ilə yürüdülən siyasətdir.

A.Badamov vurğulayıb ki, Rusiyaya qarşı Ermənistanın son dərəcə satqın siyasət yürütməsinə baxmayaraq, Moskvanın heç bir aktora qarşı nümayiş etdirmədiyi səbri dözümü Ermənistana göstərməsi, bu ölkədə radikalizm revanşizm meyillərinin güclənməsi, Robert Koçaryan, Serj Sarkisyan kimi istənilən sadiq qulun Rusiya tərəfindən dəstəklənməsi ondan xəbər verir ki, baş verən bütün proseslər Kremlin ssenarisidir: "Cənubi Qafqazı yenidən müharibə meydançasına çevirmək istiqamətində silsilə addımlar atıldığının şahidiyik. Buna görədir ki, hətta bu hədəfə gedən yolda Rusiya milli siyasət konsepsiyasını da ortaya qoyur bu siyasətdə başqa xalqlara qarşı son dərəcə dözümsüz münasibət, selektiv yanaşma, qərəz, hiddət, aqressiyanın ən sərt forması tətbiq edilir. Baş verən hadisələr, Yekaterinburqda törədilən vəhşilik bu ölkənin qana susadığının, ondan doymadığının əyani təzahürüdür. Bu  digər xalqlara qarşı yürüdülən, ən sərt formada tətbiq edilən diskriminasiya, dözümsüzlük, milli irqi zəmində olan ayrı-seçkilikdir. Yekaterinburqda baş verən proses idarə olunan hadisədir. Bu hadisənin arealı isə Yekaterinburqla məhdudlaşmır. Demək olar ki, bu zəhərli tendensiya Rusiyanın bütün bölgələrində müşahidə olunur. Cəbhə boş qalıb, onu doldurmağın yolunu isə miqrantlarda görürlər. Buna görədir ki, miqrantları hətta təzyiq, hədə-qorxu, şantaj vasitəsilə müharibəyə yola salmaq üçün çalışırlar. Bəzən miqrantların törətmədikləri ağır cinayətləri üzərlərinə ləkə kimi atırlar ki, məcburiyyət qarşısında qalıb onlara tabe olsunlar. Bu, azmış kimi, müharibəyə gedən miqrantlara kompensasiya da verilmir, bəzilərinin isə aqibəti haqqında heç bir məlumat yoxdur. Qayıdanları isə yenidən şantaj edib, döyüşlərə geri göndərirlər".

Deputat bildirib ki, milli kimlik amili üzərindən istənilən qeyri-ruslar bütün bu təzyiqlərin qurbanlarıdır. Miqrantlara qarşı son dərəcə amansız münasibət, islamofobiya Rusiyanın dövlət siyasəti səviyyəsindədir ki, bu, son dərəcə mənfi tendensiya addımlardır. Təyyarəmizin vurulması, bu məsələnin xalqımızın heysiyyətinə toxunması Rusiya üçün nəsə ifadə etməyə bilər, lakin bizim üçün bu məsələ çox şey deməkdir. Bu baxımdan Azərbaycan təyyarə hadisəsini beynəlxalq arenada inkişaf etdirib qanlı hadisənin ədalətli həlli, bu hadisədə əli olan günahkarların cəzalandırılması, kompensasiyanın ödənilməsi məqsədinə çatmalıdır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2025.- 1 iyul (№ 131).- S.7.