İrqçi davranışlar Bakı Moskva arasında münasibətlərə zərbə vurur

 

Rusiyada azərbaycanlılara qarşı etnik ayrı-seçkilik son zamanlar artıb. Soydaşlarımız səbəbsiz yerə təqib olunurlar. Yekaterinburq şəhərində törədilmiş zorakılıq işgəncə nəticəsində həmyerlilərimizin amansızlıqla qətlə yetirilməsi müxtəlif dərəcəli xəsarət alması insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Mili Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında bildirib ki,  Rusiya hüquq-mühafizə orqanlarının soydaşlarımıza qarşı qəddar davranışına heç bir halda haqq qazandırıla bilməz: "Bu cür aqressiv irqçi davranışlar Bakı ilə Moskva arasında münasibətlərə zərbə vurur. Azərbaycanlılara qarşı törədilən zorakılığa görə Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay ölkəmizə nəzərdə tutulan səfərinin ləğvi göstərir ki, Azərbaycan hökuməti yaranmış vəziyyətdə Rusiyanın rəsmi şəxslərinin ölkəmizə səfərində heç bir əhəmiyyət görmür.

Rusiyada bəzi qüvvələr Azərbaycana qarşı yersiz qəzəb qərəzlərini gizlədə bilmirlər. Biz bunu Rusiya Kütləvi İnformasiya Vasitələrində bəzi siyasətçilərin, ekspertlərin müxtəlif platformalarda ikrah hissi ilə səsləndirdikləri fikirlərdə zaman-zaman müşahidə edirik. Bəzi aqressiv dairələr azərbaycanlıların bu ölkədən qovulması iddialarını tez-tez gündəmə gətirirlər.

Halbuki dünyanın hər yerində olduğu kimi, Rusiyada da yaşayan soydaşlarımız heç vaxt destruktiv mövqedə olmayıb. Əksinə, yaşadıqları ölkənin qanunlarına, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşıblar. Bəzi etniklər kimi yaşadıqları ölkəyə qarşı ərazi iddiası ilə çıxış etmirlər".

Deputat qeyd edib ki, Azərbaycanda bütün etnik azlıqlar kimi ruslar da dinc şəraitdə yaşayırlar. Onlara qarşı heç bir halda milli-etnik zəmində təzyiq, ayrı-seçkilik yoxdur. Biz eyni tolerant münasibətin öz soydaşlarımıza qarşı da sərgilənməsini istəyirik.

Azərbaycan tərəfi bu qəddar cinayətin hərtərəfli, obyektiv şəffaf şəkildə araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını, eyni zamanda zərərçəkən ailələrə hüquqi psixoloji dəstək göstərilməsini gözləyir. N.Məmmədova vurğulayıb ki, məsələyə ədalətli hüquqi qiymət verilməlidir.

 

Əsmər QABİLQIZI,

Azərbaycan.-2025.- 1 iyul (№ 131).- S.7.