Ukraynalı jurnalist:
Dinc insanlara qarşı terror Rusiya üçün adi hala çevrilib
Yekaterinburqda azərbaycanlıların
qətlə yetirilməsi
Rusiya xüsusi xidmət orqanlarının
hansı üsullardan istifadə etdiyini açıq şəkildə
göstərir. Dinc insanlara qarşı terror,
hüquqların pozulması,
azadlıqdan məhrumetmə
və qətl Rusiya üçün artıq adi hala çevrilib.
Bu fikri AZƏRTAC-a açıqlamasında
ukraynalı jurnalist Lesya Kesarçuk Yekaterinburqda azərbaycanlıların
evlərində keçirilən
reydləri şərh
edərkən bildirib.
“Biz Ukraynada hər gün, hər gecə Rusiya hücumlarına məruz qalırıq, günahsız
insanlar həlak olur. İndi isə onlar öz radikal
metodlarını təkcə
ukraynalılara qarşı
deyil, digər xalqlara qarşı da tətbiq etməyə başlayıblar. Bütün
beynəlxalq konvensiyaları,
beynəlxalq hüquqları
pozaraq, Azərbaycandan
olan iki qardaşı qətlə
yetirdilər, digərlərini
isə qanunsuz olaraq həbs etdilər. Bu rus vəhşiliyi dünya ictimaiyyəti tərəfindən
qətiyyətlə pislənilməlidir.
Mən Azərbaycan
xalqı ilə həmrəyəm və hökumətin mövqeyini
– Moskvada keçiriləcək
iclasda iştirakdan imtinanı, həmçinin
Yekaterinburqda azərbaycanlıların
saxlanılmasından sonra
Rusiya artistlərinin iştirakı ilə nəzərdə tutulan mədəni tədbirlərin
ləğvini tam dəstəkləyirəm.
Əminəm ki, birlikdə
bu imperiya siyasətinin şərini
məğlub edə bilərik”, – deyə ukraynalı jurnalist vurğulayıb.
Azərbaycan.-2025.- 1 iyul
(№ 131).- S.7.