Rumıniyalı ekspert: Rusiya digər xalqlara qarşı köhnəlmiş
imperiya düşüncəsi
ilə davranır
Rumıniyalı tanınmış
siyasi şərhçi
və beynəlxalq münasibətlər üzrə
ekspert xanım Teodora Marin AZƏRTAC-ın Rumıniyadakı müxbirinə bildirib ki, Rusiyanın digər xalqlara, xüsusilə də keçmiş sovet məkanında yaşayan millətlərə qarşı
davranışları köhnəlmiş
imperiya düşüncəsinə
əsaslanır.
T.Marin qeyd edib ki, beynəlxalq
hüququ və insan haqlarını açıq şəkildə
pozaraq digər xalqlara qarşı öz hegemon niyyətlərini diktə
etməyə çalışan
Rusiya XXI əsrin reallıqlarını görməzlikdən
gəlir: “Rusiya bu gün də
ötən əsrin Leninqrad doktrinası ilə hərəkət edir. Onların davranışı hüquqa
yox, zor tətbiqinə, qarşı
tərəfi susdurmağa
və etnik qruplara qarşı təzyiqə əsaslanır”.
Ekspert bildirib ki, Rusiyanın Yekaterinburq şəhərində
Azərbaycan vətəndaşlarının
ardıcıl şəkildə
saxlanılması və
bu məsələnin
şəffaf şəkildə
ictimaiyyətə izah
olunmaması rəsmi Moskvanın digər xalqlara qarşı aqressiv və sayğısız münasibətinin
göstəricisidir.
“Azərbaycanlıların günahsız yerə saxlanılması həm beynəlxalq hüquq, həm də insan haqları baxımından ciddi pozuntudur. Bu, təkcə Azərbaycan vətəndaşlarına deyil,
eyni zamanda, bütün region xalqlarına qarşı təzyiq siyasətinin tərkib hissəsidir,” – deyə T.Marin əlavə edib.
Müsahibimiz həmçinin
vurğulayıb ki, bu cür davranışlar
Rusiyanın beynəlxalq
arenadakı nüfuzunu
daha da zədələyir
və onun təcridinə səbəb
olur: “Əgər dünya Leninqrad modelinə əsaslanan qanunsuzluqla idarə olunsa, heç bir beynəlxalq sabitlikdən danışmaq
mümkün olmayacaq”.
Siyasi şərhçinin
fikrincə, Avropa və dünya ictimaiyyəti bu kimi hallara qarşı
daha sərt və prinsipial mövqe nümayiş etdirməli, digər xalqların hüquqlarının
pozulmasına laqeyd yanaşmamalıdır.
O qeyd edib ki, son dövrlərdə Rusiya ərazisində Azərbaycan vətəndaşlarına qarşı artan təzyiqlər və saxlanılma hallarına dair məlumatlar ciddi narahatlıq doğurur və beynəlxalq müşahidəçilər tərəfindən diqqətlə izlənir.
Azərbaycan.-2025.- 1 iyul (¹ 131).- S.7.