Serik
Maleyev: “Azərbaycan haqlı
olaraq Rusiyaya etirazını bildirir”
Müasir Rusiya
ideologiyası əsasən
qarşıdurma xarakteri
daşıyır və
ətraf dünyanı
daha çox təhdid prizmasından qəbul edir.
Bu fikri Yekaterinburqda azərbaycanlıların
hüquq-mühafizə orqanları
tərəfindən döyülməsi
hadisəsini şərh
edərkən Qazaxıstanın
tanınmış jurnalist-tədqiqatçısı,
publisist və “Altın Orda” media qrupunun rəhbəri Serik Maleyev AZƏRTAC-a müsahibəsində
bildirib.
“Problem ondadır
ki, biz əsl
səbəbi dərk etmədən nəticə
ilə üzləşirik.
Səbəb isə dövlət quruluşunun
özündə və
Rus İmperiyasından
miras qalan ideologiyadadır. Millətlərarası
kəskin münaqişələr
səbəbindən Sovetlər
Birliyinin dağılmasından
sonra sistem sarsıldı və nəticədə Qorbaçov
hakimiyyətdən getdi”,
– deyə o vurğulayıb.
Maleyevin sözlərinə
görə, SSRİ dağıldıqdan
sonra Rusiyada yeni dövlət ideologiyası formalaşdı:
“rus dünyası”nı
digər xalqlara sırımaq üzərində
qurulan bir ideologiya.
“Bu konsepsiya çərçivəsində keçmiş ittifaq respublikaları müvəqqəti
olaraq nəzarətdən
çıxmış ərazilər
kimi qəbul olunur və yenidən Moskvanın nəzarətinə qaytarılmalı
sayılır”, – deyə
o qeyd edib.
Maleyev bildirib ki, bu cür
düşüncə tərzi
avtomatik olaraq milli azlıqlara və digər xalqlara qarşı dözümsüzlük yaradır.
“Təəccüblü deyil ki, Rusiyada
qeyri-ruslara qarşı
inamsızlıq artır,
toqquşmalar daha çox baş verir. Xarakterik nümunə kimi “rus icmaları”nın
yaradılmasını göstərmək
olar ki, bunlar əslində digər millətlərin nümayəndələrinə qarşı yönəlir.
Azərbaycanlılar da
istisna deyil”, – deyə o əlavə edib.
Onun fikrincə,
“rus icmaları” hüquq-mühafizə orqanları
üçün əlverişli
alətə çevrilib,
belə ki, bu yolla bizneslərə
təzyiq göstərmək
və qazanc əldə etmək asan olur. Dövlətin
maraqları onları maraqlandırmır, əsas
şəxsi mənafelərdir.
“Bu siyasətin
təhlükəsi ondadır
ki, Rusiyada yaşayan milli azlıqlar özlərini müdafiə etmək üçün yollar axtarmağa başlayırlar.
Əvvəlcə azərbaycanlılar
və qırğızlar
kimi narazılıq, sonra isə özünü təşkilatlandırma.
Artıq “Qafqaz icması” yaradılması
ilə bağlı çağırışlar səslənir.
Əgər onlara özbəklər, azərbaycanlılar
qoşulsa, bu, qarşısıalınmaz genişmiqyaslı
daxili münaqişəyə
gətirib çıxaracaq”,
– deyə o bildirib.
Serik Maleyev vurğulayıb ki, Azərbaycan diplomatik kanallar vasitəsilə, o cümlədən Rusiya hökumət sədrinin müavininin səfərindən
imtina etməklə, haqlı olaraq etirazını bildirir. Onun sözlərinə görə, bu, düzgün və prinsipial mövqedir. “Bu məsələdə Bakının siyasətini
tam dəstəkləyirəm”,
– deyə müsahibimiz
əlavə edib.
Publisist, həmçinin Rusiyada yaşayan azərbaycanlılara, qırğızlara və digər xalqlara müraciət edərək, həmrəy olmağa və birləşməyə çağırıb. “Heç kəsə, istər hüquq-mühafizə orqanı əməkdaşına, istərsə də saxta vətənpərvər simvolikalarla çıxış edən marginala sizin hüquqlarınızı pozmağa icazə vermək olmaz”, – deyə o, fikrini yekunlaşdırıb.
Azərbaycan.-2025.- 1 iyul (¹ 131).- S.7.