“Azərbaycan Respublikası Hökuməti
ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2025-ci il martın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilsin.
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 iyun 2025-ci il
Azərbaycan.-2025.-
2 iyul (№ 132).- S.2.