"Məhkəmələr
və hakimlər haqqında" və
"Məhkəmə-Hüquq Şurası haqqında"
Azərbaycan espublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli
Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
5-ci, 16-cı və 19-cu bəndlərini
rəhbər tutaraq,
"Məhkəmələr və hakimlər haqqında" və
"Məhkəmə-Hüquq Şurası haqqında"
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan
Respublikası Əmək
Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 4, maddə
213 (Cild I); 2024,
¹ 1, maddə 6, ¹ 4, maddə
365, ¹ 7, maddə 744, ¹ 8, maddə
934; 2025, ¹ 1, maddələr 1, 16, ¹ 2, maddə 96; Azərbaycan Respublikasının 2025-ci il
11 aprel tarixli 172-VIIQD nömrəli Qanunu) 179-cu maddəsinin 2-ci hissəsinin
"o" bəndinin sonunda
nöqtəli vergül
işarəsi nöqtə
işarəsi ilə əvəz edilsin və həmin hissənin "ö" bəndi
ləğv edilsin.
Maddə 2. "Dövlət
qulluğu haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 1, maddə
1 (Cild I); 2024, ¹ 5 (I kitab),
maddə 489, ¹ 7, maddə
748, ¹ 8, maddə 934; 2025, ¹ 2, maddə 96) 29-1-ci maddəsinə
"quruma" sözündən
sonra "(məhkəmə
hakimiyyəti orqanlarının
və Məhkəmə-Hüquq
Şurasının aparatlarında
dövlət qulluğuna
qəbulla bağlı
keçirilən müsahibənin
nəticələrindən Məhkəmə-Hüquq Şurasının
Apellyasiya Şurasına)"
sözləri əlavə
edilsin.
Maddə 3. "Ədliyyə
orqanlarında qulluq keçmə haqqında"
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 7, maddə
586 (Cild I); 2024, ¹ 5 (I kitab),
maddə 502, ¹ 12 (II kitab),
maddə 1337) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 4.7-ci maddənin birinci abzasının dördüncü cümləsi
çıxarılsın;
3.2. 6.5-ci maddədən ", hakim vəzifəsinə namizədlər üçün
nəzərdə tutulmuş
tədris kurslarını
bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış"
sözləri çıxarılsın.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 may 2025-ci il
Azərbaycan.-2025.- 2 iyul
(¹ 132).- S.2.