Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimi keçirilib

 

İyulun 1-də Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimi keçirilib.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iki ölkənin qanunverici orqanları rəhbərlərinin deputatlarının qatıldıqları tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova forumun iki ölkənin parlamentləri üçün çox əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu tədbir Azərbaycan Milli Məclisinin hər hansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur.

Xalqlarımız ölkələrimiz arasında münasibətlərin dərinləşməsində Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərini vurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistana dövlət səfəri zamanı açılışı olan Daşkənddəki Heydər Əliyev meydanı Ümummilli Liderimizin xidmətlərinə verilən dəyər olmaqla yanaşı, həm özbək xalqının onun şəxsiyyətinə ehtiramının sübutudur.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildirən spiker qeyd edib ki, bu gün prezidentlər İlham Əliyevin Şavkat Mirziyoyevin müdrik rəhbərliyi ilə dövlətlərimiz hər cəhətdən müstəqil güclü dövlətlər kimi inkişaf etməklə yanaşı, ölkələrimiz arasında əlaqələr daha da dərinləşib.

Özbəkistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəti dəyişməz mövqeyini vurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycan xalqı həm ərazilərimizin Ermənistan tərəfindən işğalı illərində, həm İkinci Qarabağ müharibəsi zamanı, həm müharibədən sonrakı dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Onun sözlərinə görə, Özbəkistan işğaldan azad edilmiş Füzuli şəhərində Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəb tikərək, işğaldan azad edilmiş ərazilərin bərpasına töhfə verən ilk ölkə oldu. Spiker istər bu məktəbi, istərsə işğaldan azad edilmiş Xankəndi şəhərində yaradılmış yüngül sənaye müəssisəsini xalqlarımız arasında qardaşlıq dostluq rəmzləri kimi xarakterizə edib.

Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli çoxtərəfli münasibətlərə mühüm müsbət təsir göstərən amillərdən birinin parlamentlərimizin qarşılıqlı fəaliyyəti olduğunu deyən spiker bildirib ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, parlamentlərarası əməkdaşlığımız xüsusi məna xarakter alır. Bu əməkdaşlıq parlamentlərimizin dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verməyə hazır olduğunu göstərir.

Forumda çıxış edən Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva tədbirin, sadəcə, parlamentlərarası görüş deyil, əlaqələrimizin inkişafı tarixində mühüm mərhələ olduğunu bildirib. O, tədbirin Özbəkistan Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində keçirildiyini bu məqamın da forumun əhəmiyyətini bir daha göstərdiyini söyləyib. Tənzilə Narbayeva deyib ki, forumun bu günlərdə keçirilməsi bizim parlament dəyərlərinə ümumi sadiqliyimizi ölkələr arasında dostluğun əsas amillərindən biri kimi parlamentlərarası əməkdaşlığı gücləndirmək istəyimizi ifadə edir. O, parlamentlərarası forumun səmimi konstruktiv fikir mübadiləsi, ümumi təşəbbüslərin inkişafı, birgə proqramların həyata keçirilməsi üçün əsas platformaya çevriləcəyinə inamını ifadə edib.

Ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsi haqqında da fikirlərini bölüşən Tənzilə Narbayeva vurğulayıb ki, Özbəkistanla Azərbaycan arasında münasibətlər həmişə ortaq tarixi, mədəni mənəvi dəyərlər üzərində qurulub. Bu əlaqələr xalqlarımızın dostluğu, qarşılıqlı hörməti qardaşlıq hissləri ilə daha da möhkəmlənir. O, əlaqələrimizin yüksək səviyyədə olmasında iki ölkənin liderlərinin səylərinin şəxsi töhfələrinin həlledici əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, məhz dövlət başçılarımızın uzaqgörənliyi, prinsipial mövqeyi ölkələrimiz arasında münasibətlərin müttəfiqlik, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini, bütün sahələrdə uğurla inkişafını təmin edib.

Senatın sədri çıxışında, həmçinin parlamentlərimiz arasında mövcud olan əlaqələr haqqında da danışaraq qeyd edib ki, parlamentlərimizin qarşılıqlı fəaliyyəti ölkələrimiz xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə xidmət edir. Eyni zamanda, bu əlaqələr böyük beynəlxalq təşkilatlarda ölkələrimizin mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır.

Parlament sədrlərinin çıxışlarından sonra Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumu işini sessiyalarda müzakirələrlə davam etdirib.

 

Azərbaycan.-2025.- 2 iyul (№ 132).- S.3.