Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi Senatı arasında sənədlər imzalanıb
Azərbaycan Respublikası
Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında “Parlamentlərarası
əməkdaşlığın inkişafına dair
2025-2026-cı illər üçün
praktiki tədbirlər
planı” (“Yol xəritəsi”) imzalanıb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimi Özbəkistanın Xivə
şəhərində keçirilən
Birinci Özbəkistan-Azərbaycan
Parlamentlərarası Forumu
çərçivəsində baş tutub. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.
Qeyd olunub ki, bu sənəd
iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq
əlaqələrinin həyata
keçiriləcək praktiki
tədbirlər sayəsində
daha da genişləndirilməsinə
xidmət edir.
Mərasimdə tərəflər, həmçinin Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Parlamentlərarası əməkdaşlıq komissiyasının Reqlamentini də imzalayıblar.
Azərbaycan.-2025.- 2 iyul (№ 132).- S.3.