Azərbaycan
Özbəkistan münasibətləri
yeni mərhələyə
daxil olub
Milli Məclisin
sədri Sahibə Qafarova Özbəkistanın
Xivə şəhərində
bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Parlamentin Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə Birinci
Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun
əhəmiyyəti yüksək
qiymətləndirilərək, tədbirin parlamentlərimiz
arasında səmərəli
əməkdaşlıq mexanizminə
çevriləcəyinə inam ifadə edilib. Qeyd olunub
ki, Forum çərçivəsində
aparılan müzakirələr
və irəli sürülən təkliflər
qanunverici orqanlarımız
arasında əməkdaşlıq
əlaqələrinin daha
da dərinləşməsinə
xidmət edəcək.
Söhbət zamanı
ölkələrimiz və
xalqlarımız arasında
münasibətlərin yüksək
səviyyəsindən razılıq
ifadə olunub. Vurğulanıb ki, bu əlaqələr xalqlarımız arasında
oxşar tarixi, dini, mədəni dəyərlərə söykənir.
Parlament sədrləri
əlaqələrimizin dərinləşməsində
ölkə başçılarının
rolunu xüsusi qeyd edib, Azərbaycan
və Özbəkistan
prezidentlərinin yüksək
iradəsi sayəsində
ikitərəfli münasibətlərimizin
yeni mərhələyə
daxil olduğunu bildiriblər. Diqqətə
çatdırılıb ki,
iki ölkənin prezidentlərinin mütəmadi
təmasları, qarşılıqlı
səfərləri ölkələrimiz
arasında əlaqələrin
daha da dərinləşməsini
təmin edib və bu gün
ölkələrimiz bir
çox sahələrdə
uğurla əməkdaşlıq
edirlər.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında
yüksəksəviyyəli əlaqələrin parlament
müstəvisində də
uğurla davam etdirildiyi qeyd olunub. Vurğulanıb ki, bu görüşlər
və deputatlar arasında təmaslar əlaqələrin inkişafına
töhfə verir.
Özbəkistan Ali
Məclisi Senatının
sədri Tənzilə
Narbayeva da Forumu qanunverici orqanlarımız arasında
əlaqələrin yüksək
səviyyəsinin göstəricisi
kimi qiymətləndirib.
Vurğulanıb ki,
"Azərbaycan Respublikasının
Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisinin Senatı arasında əməkdaşlıq
haqqında Saziş"in,
habelə parlamentlərarası
əməkdaşlığın inkişafına dair "Yol xəritəsi"nin imzalanması tərəflərin
qarşılıqlı əlaqələrin
inkişafına verdiyi
önəmin bariz göstəricisidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2025.- 2 iyul (№ 132).- S.3.