Azərbaycan Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

 

Azərbaycanda səfərdə olan Özbəkistan biznes nümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar nazirlikdə keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye ticarət naziri Laziz Kudratov hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Özbəkistanın İnvestisiya, Sənaye Ticarət Nazirliyi ilə "Mətanət A" "TuranAz" şirkətləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb. Sənədlər müvafiq olaraq quru tikinti qarışıqları, gipsokarton istehsalı Özbəkistanın Namanqan şəhərində yaşayış evlərinin tikintisi layihələrini əhatə edir.

Bununla yanaşı, Azərbaycan Özbəkistan şirkətləri süd məhsullarının istehsalı üzrə sənədlər imzalayıb. Sənədlər "Panamilk" "Atena", “Jizzax Organic "Milla Dairy" şirkətləri arasında imzalanıb.

Tədbirdə, həmçinin ÖzbəkistanınHavas Holding” Azərbaycanın "Rj Chemical Co" şirkətləri arasında məişət məhsulları (kimya) istehsalı satışı üzrə tərəfdaşlığa, ÖzbəkistanınUzeltexsanoatAssosiasiyası ilə Azərbaycanın "STP Global Cable" şirkəti arasında yüksək gərginlikli kabellər istehsalı layihəsi üzrə əməkdaşlığa dair sənədlər imzalanıb.

Sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı iqtisadi-ticarət əlaqələrini stimullaşdıracaq.

 

Azərbaycan.-2025.- 2 iyul (¹ 132).- S.4.