Azərbaycan XİN Mixail Şvıdkoyun ölkəmizdə Rusiya mədəniyyət tədbirlərinin ləğvi ilə bağlı fikirlərini şərh edib

 

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun ölkəmizdə Rusiya mədəniyyət tədbirlərinin ləğv olunması məsələsi ilə bağlı fikirlərini şərh edib.

AZƏRTAC xəbər verir ki, A.Hacızadə bununla bağlı bildirib: "Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun İnterfaks agentliyinə müsahibəsi zamanı Azərbaycanda Rusiya ilə dövlət özəl müəssisələrin xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı ilə bağlı verdiyi şərhlər, Azərbaycan tərəfinin qərarını kontekstdən çıxararaq təhrif etməyə çalışması qəbuledilməzdir.

Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli mühakiməsiz qətl zorakılıq əməlləri Azərbaycanın haqlı etiraz qınağına səbəb olub. Rusiya ilə ikitərəfli münasibətlərə zərbə vuran bu hadisələr fonunda mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı tam qanuni adekvat addımdır.

Rusiyanın mədəniyyət tədbirlərinin ləğvininAzərbaycanın mədəniyyət mühiti mənzərəsini yoxsullaşdırdığıbarədə fikirlərə gəldikdə isə qeyd edək ki, Azərbaycanda dəfələrlə səfərdə olarkən ölkəmizin yüksəksəviyyəli mədəniyyətinə heyran olduğunu bildirən cənab Şvıdkoyun sözügedən qərəzli fikirləri təəccüb doğurur. Şvıdkoyun təbirincə desək, Basta kimi Rusiya müğənnilərinin konsert proqramlarının ləğvinin ölkəmizin mədəniyyət mənzərəsini yoxsullaşdırdığını düşünmürük.

Minilliklər boyu inkişaf edən Azərbaycan mədəniyyəti bir çox dövlətlər xalqlar üçün nümunədir. Azərbaycan haqlı olaraq özünün unikal tarixi maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti musiqisi ilə fəxr edir".

 

Azərbaycan.-2025.- 2 iyul (№ 132).- S.6.